• RUB: 0.0260
  • TRY: 0.2990
  • EUR: 1.9649
  • USD: 1.7000
  • Bakı + 15.4 ° C / 96%

Ən son xəbərlər

Son buraxılış
Arxiv

AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN QƏRARI

AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN QƏRARI

№ 398   Bakı şəhəri, 17 sentyabr 2018-ci il

 

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il  2 iyul tarixli 252 nömrəli qərarı ilə təsdiq edilmiş “Akkreditasiya edilmiş uyğunluğu qiymətləndirən qurumların reyestrinin aparılması Qaydası”nda dəyişiklik edilməsi haqqında

“Lisenziyalar və icazələr” portalı haqqında Əsasnamə”nin  təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin  2017-ci il 21 yanvar tarixli 1205 nömrəli Fərmanına əsasən Azərbaycan Respublikasının Nazirlər Kabineti QƏRARA ALIR:

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 2 iyul tarixli 252 nömrəli qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2015, № 7, maddə 884; 2017, № 12 (II kitab), maddə 2529; 2018, № 6, maddə 1363) ilə  təsdiq edilmiş 3 nömrəli əlavə – “Akkreditasiya edilmiş uyğunluğu qiymətləndirən qurumların reyestrinin aparılması Qaydası”na aşağıdakı məzmunda 3.2-1-ci bənd əlavə edilsin:

“3.2-1. Akkreditasiya orqanı akkreditasiya olunmuş uyğunluğu qiymətləndirən orqanlar üzrə informasiya ehtiyatının “Lisenziyalar və icazələr” portalına inteqrasiyasını təmin edir.”.

Novruz MƏMMƏDOV

Azərbaycan Respublikasının Baş naziri 

NAZİRLƏR KABİNETİNİN QƏRARLARI

Ən son xəbərləri səhifəmizdən də izləyin