Warning: Cannot modify header information - headers already sent by (output started at /var/www/xalqqazeti/public_html/xalqqazeti.com/index.php:83) in /var/www/xalqqazeti/public_html/xalqqazeti.com/index.php on line 133
Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikası regionlarının ­2019-­2023-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın təsdiq edilməsi haqqında” 2019-cu il 29 yanvar tarixli 500 nömrəli, “Dövlət qulluqçusunun şəxsi işinin aparılması Qaydaları”nın təsdiq edilməsi haqqında” 2019-cu il 11 fevral tarixli 527 nömrəli fərmanlarında və “Azərbaycan Respublikasında sənayenin inkişafına dair 2015–2020-ci illər üçün Dövlət Proqramı”nın təsdiq edilməsi haqqında” 2014-cü il 26 dekabr tarixli 964 nömrəli, “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”nın həyata keçirilməsi ilə bağlı Fəaliyyət Planı”nın təsdiq edilməsi haqqında” 2015-ci il 19 yanvar tarixli 995 nömrəli, “2019-2030-cu illər üçün Azərbaycan Respublikasının Məşğulluq Strategiyası”nın təsdiq edilməsi haqqında” 2018-ci il 30 oktyabr tarixli 602 nömrəli sərəncamlarında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanı

 Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, “Təhsil haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2019-cu il 29 mart tarixli 1553-VQD nömrəli Qanununun icrası məqsədilə qərara alıram:
1. Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 29 yanvar tarixli 500 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019, № 1, maddə 90) ilə təsdiq edilmiş “Azərbaycan Respublikası regionlarının 2019–2023-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın 7.1.41-ci yarımbəndində “Tədrisi” sözü “Təhsil” sözü ilə əvəz edilsin.
2. Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 11 fevral tarixli 527 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019, № 2, maddə 226) ilə təsdiq edilmiş “Dövlət qulluqçusunun şəxsi işinin aparılması Qaydaları”na 2 nömrəli əlavə – “Kadrlar uçotunun şəxsi vərəqəsi”nin “Təhsiliniz” hissəsindən və 4 nömrəli əlavə – “Dövlət qulluqçusunun şəxsi vərəqəsi”nin “Ümumi məlumat” hissəsinin 5-ci bəndindən “ilk” sözü çıxarılsın.
3. “Azərbaycan Respublikası Prezidentinin 2014-cü il 26 dekabr tarixli 964 nömrəli Sərəncamı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2014, № 12, maddə 1637; 2016, № 8, maddə 1384; 2017, № 4, maddə 576, № 8, maddə 1521; 2018, № 5, maddə 1093, № 11, maddə 2287; 2019, № 5, maddə 899) ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında sənayenin inkişafına dair 2015–2020-ci illər üçün Dövlət Proqramı”nın həyata keçirilməsi üzrə Tədbirlər Planı”nın 4.4-cü bəndinin “Tədbirin adı” sütununda “Tədris” sözü “Təhsil” sözü ilə əvəz edilsin.
4. Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 19 yanvar tarixli 995 nömrəli Sərəncamı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2015, № 1, maddə 39; 2016, № 8, maddə 1384, № 9, maddə 1470; 2017, № 5, maddə 802, № 8, maddə 1521; 2019, № 3, maddə 443, № 5, maddə 899) ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”nın həyata keçirilməsi ilə bağlı Fəaliyyət Planı”nın 4.4-cü bəndinin “Strateji hədəflər” ­sütununda, 4.4.1-ci və 4.4.2-ci yarımbəndlərinin “Tədbirlər” sütununda, 4.4.3-cü yarımbəndinin “Tədbirlər” və “Tədbirin həyata keçirilməsi üçün zəruri əsaslar” sütunlarında “peşə-tədris” sözləri “peşə təhsil” sözləri ilə əvəz edilsin.
5. Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 30 oktyabr tarixli 602 nömrəli Sərəncamı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018, № 10, maddə 2106) ilə təsdiq edilmiş “2019–2030-cu illər üçün Azərbaycan Respublikasının Məşğulluq Strategiyası”nda aşağıdakı dəyişikliklər edilsin:
5.1. 3.3.10-cu yarımbəndin “Hədəf” və “Baza göstəricisi və baza ili” sütunlarında və 4.2.7-ci yarımbəndin 7-ci abzasında “tədrisi” sözü “təhsil” sözü ilə əvəz edilsin;
5.2. 4.3.6-cı yarımbənddə “peşə təhsili (ilk peşə-ixtisas, orta ixtisas və ali)” sözləri “təhsil (peşə, orta ixtisas və ali)” sözləri ilə əvəz edilsin.

 

İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 29 noyabr 2019-cu il

30 Noyabr 2019 01:49 - FƏRMANLAR
FƏRMANLAR

Köhnə versiyamızdan xəbərləri izlə