Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 21 yanvar tarixli 1205 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Lisenziyalar və icazələr” portalı haqqında Əsasnamə”də dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:
1. Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 21 yanvar tarixli 1205 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017, № 1, maddə 52) ilə təsdiq edilmiş “Lisenziyalar və icazələr” portalı haqqında Əsasnamə”yə aşağıdakı məzmunda 6.3-1-ci bənd əlavə edilsin:
“6.3-1. Azərbaycan Respublikası Nazirlər Kabinetinin müəyyən etdiyi siyahı üzrə bu Əsasnamənin 6.1-ci bəndinə uyğun olaraq verilən, dayandırılan, bərpa və ya ləğv edilən lisenziyalar, onların əlavələri və icazələr barədə Qanunun 8.1-ci maddəsində göstərilən məlumatlar portal tərəfindən real vaxt rejimində Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsinə göndərilir.”. 
2. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Fərmandan irəli gələn məsələləri həll etsin.

 

İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 29 noyabr 2019-cu il

30 Noyabr 2019 01:45 - FƏRMANLAR
FƏRMANLAR

Köhnə versiyamızdan xəbərləri izlə