Ən son xəbərlər

Son buraxılış
Arxiv

AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN QƏRARI

AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN QƏRARI

№ 396    Bakı şəhəri, 17 sentyabr 2018-ci i

 

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2002-ci il 8 iyul tarixli 102 nömrəli qərarı ilə təsdiq edilmiş “Təhlükə potensiallı obyektlərdə istehsal və istifadə olunan texniki qurğulara və avadanlıqlara sertifikatın verilmə Qaydaları”nda dəyişiklik edilməsi haqqında

“Lisenziyalar və icazələr” portalı haqqında Əsasnamə”nin   təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin  2017-ci il 21 yanvar tarixli 1205 nömrəli Fərmanına əsasən Azərbaycan Respublikasının Nazirlər Kabineti QƏRARA ALIR:

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2002-ci il 8 iyul tarixli 102 nömrəli qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2002, № 7, maddə 442; 2006, № 9, maddə 822; 2008, № 5, maddə 430; 2009, № 1, maddə 32; 2014, № 7, maddə 927, № 12, maddə 1677) ilə təsdiq edilmiş “Təhlükə potensiallı obyektlərdə istehsal və istifadə olunan texniki qurğulara və avadanlıqlara sertifikatın verilmə Qaydaları”na aşağıdakı məzmunda  2.6-1-ci bənd əlavə edilsin:

“2.6-1. Lisenziyanın və icazənin, onun dublikatının və əlavəsinin verilməsinin, lisenziyanın və icazənin yenidən rəsmiləşdirilməsinin, dayandırılmasının, bərpasının və ya ləğvinin “Lisenziyalar və icazələr” portalı vasitəsilə həyata keçirilməsini təmin etmək üçün Fövqəladə Hallar Nazirliyi təhlükə potensiallı obyektlərdə istifadə olunan texniki qurğulara və avadanlıqlara verilən texniki təhlükəsizlik sertifikatları haqqında məlumatların həmin portala ötürülməsini təmin edir.”.

Novruz MƏMMƏDOV

Azərbaycan Respublikasının Baş naziri 

NAZİRLƏR KABİNETİNİN QƏRARLARI

Ən son xəbərləri səhifəmizdən də izləyin