Ən son xəbərlər
№ 394 Bakı şəhəri, 17 sentyabr 2018-ci il
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1993-cü il 1 iyul tarixli 343 nömrəli qərarı ilə təsdiq edilmiş “Мilli sertifikatlaşdırma sistemi haqqında Əsasnamə”də dəyişiklik edilməsi haqqında
“Lisenziyalar və icazələr” portalı haqqında Əsasnamə”nin təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 21 yanvar tarixli 1205 nömrəli Fərmanına əsasən Azərbaycan Respublikasının Nazirlər Kabineti QƏRARA ALIR:
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1993-cü il 1 iyul tarixli 343 nömrəli qərarı ilə təsdiq edilmiş “Milli sertifikatlaşdırma sistemi haqqında Əsasnamə”nin 2.4.2-ci yarımbəndinə aşağıdakı məzmunda ikinci cümlə əlavə edilsin:
“Milli akkreditasiya qurumu qeydiyyata alınmış uyğunluq sertifikatları ilə bağlı informasiya ehtiyatının “Lisenziyalar və icazələr” portalına inteqrasiyasını təmin edir.”.
Novruz MƏMMƏDOV
Azərbaycan Respublikasının Baş naziri
Ən son xəbərləri səhifəmizdən də izləyin