Ən son xəbərlər

Son buraxılış
Arxiv

Vitse-kansler: Avstriyada da şahmat, cüdo və güləş idman növlərinin Azərbaycan sviyyəsinə yüksəlməsini arzu edirəm

Vitse-kansler: Avstriyada da şahmat, cüdo və güləş idman növlərinin Azərbaycan sviyyəsinə yüksəlməsini arzu edirəm

 Azərbaycan Respublikasının gənclər və idman naziri Azad Rəhimov ölkəmizdə rəsmi səfərdə olan Avstriya Respublikasının vitse-kansleri, federativ idman naziri cənab Heinz-Kristian Ştaxeninin (Heinz-Christian Strache) rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib.

Nazir həmkarına Azərbaycana gəldiyi və  idman sahəsindəki inkişafa böyük maraq göstərdiyi üçün təşəkkürünü bildirib, Avstriyalı idmançıları Azərbaycana təlim məşq toplantılarına, təcrübə mübadiləsinə dəvət edib.

Azad Rəhimov bildirib ki, bu gün Azərbaycanda fəaliyyət göstərən Olimpiya İdman Komplekslərində  idmanın inkişafı, idmançıların birgə təlim məşq toplantılarına qatılmaları üçün hər bir şərait var. Bununla yanaşı, nazir Azərbaycanın müxtəlif illlərdə ilk Avropa oyunları, IV İslam Həmrəyliyi oyunları, Formula-1 Qran Pri turniri, şahmat üzrə Dünya Olimpiadasına ev sahibliyi etdiyini,  müxtəlif layihələrin həyata keçirilməsi istiqamətində Avstriya ilə maraqlı əməkdaşlıq edə biləcəyini də diqqətə çatdırdı.

Azad Rəhimov görüş zamanı  2015-ci ildə Azərbaycanda Birinci Avropa Oyunları zamanı avstriyalı idmançı  Vanessa Şahinoviçin düşdüyü  qəzadan sonra Azərbaycan hökumətinin atletin sağalması istiqamətində bütün dəstəyi göstərdiyini və bu işdə vitse-kansler Heinz-Kristian Ştaxenin xidməti olduğunu qeyd edərək, ona dərin təşəkkürünü bildirdi.

Öz növbəsində vitse-kansler,  federativ idman naziri Heinz-Kristian Ştaxen  də Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə atlet Vanessa Şahinoviçin sağlamlığına çox həssas yanaşdığını, hər bir diqqət və qayğını göstərdiyini bildirərək, dərin təşəkkür etdi.

Bununla yanaşı vitse-kansler Azərbaycan idmanı ilə sıx maraqlandığını, ölkəmizin bu sahədə qazandığı uğurların kifayət qədər yüksək olduğunu söylədi. Heinz-Kristian Ştaxen Azərbaycanın cüdo üzrə Dünya çempionatına çox ciddi hazırlaşdığını, bu istiqamətdə keçirilən bir sıra tədbirlərə də qatıldığını diqqətə çatdırdı. Vitse-kansler Avstriyada şahmat, güləş və idman növlərinin Azərbaycanla eyni səviyyədə inkişafını arzuladığını xüsusi olaraq vurğulayaraq, böyük məmniniyyətlə bu istiqamətlərdə qarşılıqlı əməkdaşlğa hazır olduğunu bildirdi.

 

Əfsanə BAYRAMQIZI,
“Xalq qəzeti”

19 2018 17:36 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Ən son xəbərləri səhifəmizdən də izləyin