Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

“Nəsimi” bədii filminin surdo-tərcümə versiyası təqdim edilib

“Nəsimi” bədii filminin surdo-tərcümə versiyası təqdim edilib

“Nəsimi” bədii filminin  eşitmə və nitq qabiliyyəti olmayan şəxslər üçün Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin maliyyə dəstəyi ilə həyata keçirilən layihə çərçivəsində hazırlanmış surdo-tərcümə versiyasının təqdimatı tədbiri (Park Cinema Flame Towers) keçirilib. Tədbirdə hökumət və qeyri-hökumət qurumlarının nümayəndələri, eşitmə və nitq qabiliyyəti olmayan şəxslər iştirak ediblər.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Aparatının rəhbəri Hidayət Abdullayev xüsusi qayğıya ehtiyac duyan şəxslərin reabilitasiya yönümlü sosial xidmətlərlə təminatının  ölkədə aparılan sosial siyasətin əsas istiqamətlərindən biri olduğunu bildirib. O vurğulayıb ki, Prezident İlham Əliyevin imzaladığı “Xüsusi qayğıya ehtiyacı olan uşaqlara və digər şəxslərə göstərilən sosial xidmətlərin genişləndirilməsi üçün əlavə tədbirlər haqqında” sərəncam həmin insanlara göstərilən sosial xidmətlərin istiqamətlərinin və əhatə dairəsinin əhəmiyyətli dərəcədə genişlənməsini təmin edib. Sərəncam nazirliyin sifarişi ilə sosial xidmət layihələri üzrə yaradılan, günərzi xidmət və reabilitasiya yönümlü mərkəzlərin sayının 3,5 dəfədən çox artmasına imkan verib. Hazırda 200-ə yaxın belə mərkəz tərəfindən əsasən uşaqlardan ibarət 8 mindən çox şəxsə sosial xidmətlər göstərilir.

H.Abdullayev eşitmə və nitq qabiliyyəti zəif olan uşaqlar üçün də reabilitasiya və surdoloji xidmət mərkəzlərinin sayının  2-dən 10-a çatdırıldığını deyib. Televiziya proqramlarında, kino və videofilmlərdə subtitr və ya surdo-tərcümə sisteminin tətbiqi qarşıda duran işlər sırasındadır. Qeyd edib ki, “Nəsimi” bədii filminin surdo-tərcümə versiyasının hazırlanması Prezident  İlham Əliyev tərəfindən 2019-cu ilin Azərbaycan Respublikasında “Nəsimi ili” elan edilməsi ilə bağlı aparılan işlərə bir töhfə məqsədi daşıyır.

Sonra “Nəsimi” bədii filminin surdo-tərcümə versiyası təqdim edilib. Filmin surdo-tərcümə versiyası nazirliyin maliyyə dəstəyi ilə “Şəmsi Əsədullayev” Xeyriyyə İctimai Birliyi tərəfindən həyata keçirilən layihə çərçivəsində hazırlanıb.

 

Z.BƏŞİRQIZI,
“Xalq qəzeti”

30 Noyabr 2019 11:43 - MƏDƏNİYYƏT
MƏDƏNİYYƏT

Köhnə versiyamızdan xəbərləri izlə