• RUB: 0.0257
  • TRY: 0.2890
  • EUR: 1.9635
  • USD: 1.7000
  • Bakı + 17 ° C / 77

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin zəif görənlər bölməsi fəaliyyətə başlayıb

Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin zəif görənlər bölməsi fəaliyyətə başlayıb

Sentyabrın 18-i Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin Zəif görənlər (Low Vision) bölməsi fəaliyyətə başlayıb və bununla bağlı təqdimat keçirilib. Bu barədə Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzindən məlumat verilib. Məlumatda qeyd edilir ki, bu xidmət  Azərbaycanda  ilk dəfə olaraq Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzində yaradılıb.  Bəzən göz  xəstəlikləri müalicə olunsa da,  nəticədə əldə olunan görmə həyat fəliyyətində xəstələrə kifayət etmir. Pasiyentlər oxumaqda, TV izləməkdə əziyyət çəkir, sosial, məişət həyatında əvvəlki aktivliklərini yaşaya bilmirlər. Belə hallarda əksər  xəstələr bu görmə ilə qane  olub aşağı keyfiyyətli həyat fəaliyyəti sürməkdə davam edirlər.  Zəif görənlər  bölməsində hər bir xəstəyə fərdi yanaşılır, həyat fəaliyyətini və səviyyəsini daha da rahatlaşdıran son texnologiya ilə cihazlar seçilir və təyin edilir.

 Təqdimatın keçirilməsində məqsəd bölmənin fəaliyyəti haqqında həkim-oftalmoloqlar tərəfindən geniş məlumatın verilməsindən və Low Vision cihazları ilə fərqli bir metodla müalicə aparılmasından ibarətdir.

Qeyd edək ki, Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin həyata keçirdiyi yeniliklər, tədbirlər ölkə başçısının səhiyyə ilə bağlı reallaşdırdığı layihələrin əsas tərkib hissələrindən hesab olunur.  Mərkəzin Gəncə və Masallı filialları ən son texnoloji avadanlıqlarla təchiz olunub. Klinikada təcrübəli və xaricdə ixtisas keçmiş  həkim-oftalmoloqlar bütün göz xəstəliklərinin müayinə və müalicəsi, eləcə də əməliyyatı ilə məşğul olur. 2005-ci ildən mərkəzin avtomobil Səyyar Klinikası  mütamadi olaraq  respublikasının müxtəlif regionlarında pasiyentlərə xidmət göstərir. Bununla yanaşı 2018-ci ildən Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin Səyyar Qatarı fəaliyyətə başlayıb.

 

Uşaq oftalmoloqu Aysel Əkbərova bildirib ki, bəzən göz  xəstəlikləri müalicə olunsa da,  nəticədə əldə olunan görmə həyat fəliyyətində xəstələrə kifayət etmir. Xəstələr oxumaqda, televizor izləməkdə əziyyət çəkir, sosial, məişət həyatında əvvəlki aktivliyini yaşaya bilmirlər. Belə xəstələr üçün Azərbaycanda  yeganə və  ilk dəfə Milli Oftalmologiya Mərkəzində yaradılmış, son texnologiya ilə təchiz olunmuş, yüksək elmi potensiala malik “Zəif görənlər” mərkəzi (LOW VİSİON) fəaliyyətdədir.  Oftalmoloqun sözlərinə görə, göz xəstəlikləri aşkarlandığı andan, maksimal görmə itiliyi əldə olunana qədər müalicə, reabilitasiya və habilitasiya aparılmaqdadır və klinikada hər bir xəstəyə fərdi yanaşılaraq, həyat fəaliyyətini və səviyyəsini daha da rahatlaşdıran son texnologiya ilə “Low Vision” cihazları seçilir və təyin edilir.

“Klinikanın fəaliyyəti reabilitasiya və tədrisdən ibarətdir. 3 yaş qrupu üzrə işlər aparılır: 0-3 yaş qrupu, məktəbə qədər və məktəbli uşaqlar, yetkin şəxslər. Bir çox hallarda uşaqlar belə zəif görmə ilə böyüyərək ömrünü başa vurur.  Belə xəstələrə kömək göstərmək üçün Azərbaycanda ilk dəfə olaraq Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzində Zəif görənlər (Low Vision) klinikasında hər cür şərait var. İnanıram ki, yeni yaradılmış klinika bir çox xəstələrə şəfa verəcək.”

Zəif görənlər üçün Low Vision cihazları təyin edilərək fərqli bir metdola müalicə aparılır.  Görmə zəifliyinin dərəcəsi və xəstənin ehtiyacına uyğun mualicə proqramı başlanır Yaxın oxumaq üçün müxtəlif lupalar, mikroskopik eynəklər, görmə sahəsində patologiyası olan uşaqlarda vertikal və ya horizontal prizmatik eynəklər, həm yaxın, həm də uzaq üçün bifokal eynəklər, uzaq görmə üçün  müxtəlif teleskopik eynəklər seçilir.

Cihazlar seçildikdən sonra həm də tədris verilir. Görmə kontrastını artırmaq üçün xüsusi işıq fileterleri təyin edilir. 0-3 yaş arası  zəif görən uşaqlar  üçün  xüsusi habilitasiya proqramı təyin edilir.   Bu müalicədən sonra həqiqətən görmə funksiyası olmayan bir uşaqda, görmə xaricdən qazandırılaraq gələcəkdə ən azı özünün minimal ehtiyaclarını ödəməyə imkan vermə görmə itiliyi qazandırılır.

 

Zərifə BƏŞİRQIZI,
“Xalq qəzeti”

 

19 2018 17:32 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Ən son xəbərləri səhifəmizdən də izləyin