Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Qurban Qurbanov: “Bizim kimi komandaları kiçik hesab etdilər, rəqibə isə simpatiya vardı”

"Rəqibi təbrik edirəm. Buradan bir xalla qayıtmağı çox istərdik. Əfsuslar olsun ki, alınmadı. Futbolçular çox əziyyət çəkdilər, komandadan razı qaldım". Sport24.az-ın İspaniyaya ezam olunmuş əməkdaşının verdiyi məlumata görə, bunu "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov UEFA Avropa Liqasının qrup mərhələsinin V turunda "Sevilya"ya 0:2 hesabı ilə uduzduqları matçdan sonra deyib.

47 yaşlı mütəxəssis bildirib ki, komandası fasilədən sonra səhvlərə yol verib: "Qarşıda çempionat oyunlarımız var. Diqqətimizi ora yönəldəcəyik. Həmçinin, "Düdelanj"la matç var. Hər bir turniri yaxşı səviyyədə başa vurmaq istəyirik. Futbolçularımız birinci hissədə yaxşı oynasalar da, fasilədən sonra səhvlərə yol verdilər. Bu da oyunun önəminə görə onların üzərində olan təzyiqdən irəli gəlir. Səhvlər həmişə olur. Bəzən bunlar bağışlanılan olur. Məyus oluğum anlar daçox olub. Bu da onlardan biridir".

Qurbanov referinin idarəçiliyinə də toxunub: "Bəzən bizim kimi komandaları kiçik hesab edirlər. Bəzi epizodlarda rəqibə simpatiya vardı. Təkcə penalti epizodunu nəzərdə tutmuram. Hər bir halda hakimin qərarı ilə razılaşmalıyıq. Dünən də demişdik ki, ikinci hissədə fərqli oyun tərzi ola bilər". 

Baş məşqçi "Niyə bizdə Brayan Gillər yoxdur" sualına belə cavab verib: "Biz kiçik futbol ölkəsiyik. Oyunçu yetişdirmək üçün təcrübəmiz çox olmalıdır. Biz La Liqa ilə Premyer Liqamızı müqayisə edə bilmərik. Bu cür oyunçuları gələcəkdə gözləməliyik. Əfsuslar olsun ki, üzərində işləməli çox işimiz eynidir. İspanlarla baş və ayaq sayımız eynidir, amma futbolda geri qalırıq. Buna kimi də qrupdan çıxmaq şansımız olub. "İnter"ə vurduğumuz təmiz qol sayılsaydı, qrupdan çıxardıq. Səhv həmişə olub. APOEL-lə oyunlarımıza baxsaq, rəqibdən heç də zəif oynamamışıq. Nə rəhbərlik, nə biz həvəsdən düşürük. Qarşıya baxmaq lazımdır. Ölkə və "Qarabağ" olaraq daha ciddi addımlar atmalıyıq”.

Qurbanov Asmir Beqoviçin komandada qalmasını istədiklərini deyib: “Beqoviçin komandada qalmasını istərdik. İcarə əsasında oynayır. Bizdən asılı olmayan məsələlər var. Dekabrı gözləməliyik".

 

Salman MUSAOĞLU,
“Xalq qəzeti”

29 Noyabr 2019 14:29 - İDMAN
İDMAN
19 Yanvar 2021 | 01:05
Superkubokun qalibi
15 Yanvar 2021 | 23:51
Luka Yoviç icarəyə verilib
14 Yanvar 2021 | 00:00
Yeni müqavilə

Köhnə versiyamızdan xəbərləri izlə