Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

İsa Qəmbər və Əli Kərimli Xalq Cümhuriyyəti fəalının adından nə üçün qorxdular?

Əslində mən bu məsələdən xeyli mütəəssir olsam da, kiməsə müraciət etmək, məsələ qaldırmaq fikrim yox idi. Ancaq cənab Prezident İlham Əliyevin həm Sumqayıtın 70 illiyinə, həm də Bakı Dövlət Universitetinin 100 illik yubileyinə həsr olunmuş təntənəli mərasimlərdəki nitqində AXC – Müsavat iqtidarının eybəcərlikləri haqqında ciddi şəkildə danışmasından sonra qəzet redaksiyasına belə bir məktub ünvanladım. Dövlət başçımızın həmin nitqlərini dinlədikdən sonra hiss etdim ki, İsa Qəmbər və Əli Kərimli təkcə bizim ailəmizi deyil, ölkədə çoxlarını dövlətdən narazı salıblarmış.

Söhbət ondan gedir ki, Bakıda uzun illər mənim dayım – ötön il 100 illiyini qeyd etdiyimiz Azərbaycan Calq Cümhueiyyətini fəl mübarizlərindən olmuş Mirfəttah Mirəli oğlu Musəvinin adını daşıyan küçə var idi. Özünü demorat adlandıran İsa Qəmbərlə Əli Kərimli hakimiyyətə gələn kimi həmin küçənin adını dəyişdirdilər. Mən hələ də başa düşə bilmirəm ki, Azərbaycan Xalq Cümhuriyyətinin qorunmasında xüsusi xidmətləri olmuş insanın adını  hansı arqumentlə qaralamağa çalışmışdılar?

Axı  “Azərbaycan Xalq Cümhuriyyəti Ensiklopediyası”nda açıq- aydın göstərilir ki, Mirfəttah Musəvi məhz ilk demokratik dövlətimizi əksinqilabi qüvvələrdən qoruduğuna görə qətlə yetirilib. Dayımın adını qaralamağa çalışanlara xatırladıram ki, həmin ensiklopediyada yazılıb: “Əksinqilabla Mübarizə Təşkilatı denikinçilərə, erməni-daşnak casuslarına və digər təxribatçılara qarşı sərbəst mübarizə apara bilirdi. Xüsusən, erməni casuslarına qarşı mübarizədə uğurlu əməliyyat işləri aparılırdı. Lakin təşkilatın əməkdaşları bolşeviklərə qarşı mübarizədə çətin problemlərlə üzləşirdi. ­­ƏMT-də işləyən 17 nəfər “hümmət”çi əməkdaş, başda Mirfəttah Musəvi olmaqla, bolşeviklərin ölkə daxilindəki fəaliyyətinə açıq və ya gizli şəkildə mane olurdular”.

Yaxud, uzun illər  müxtəlif arxivlərə rəhbərlik etmiş tarix elmləri doktoru Ataxan Paşayevin “Açılmamış səhifələrin izi ilə” (Bakı, 2001-ci il) kitabında oxuyuruq: “Denikin ordusunun Azərbaycana qarşı təxribatı ilə əlaqədar ƏMT-nin saxladığı və həbs etdiyi şəxslərin əksəriyyəti erməni idi. ƏMT rəhbərinin müavini M.Musəvinin 1919-cu il avqustun 7-də tərtib etdiyi protokoldan aydın olur ki, onun həbsə aldığı Yevgeni Rojdestvenski soyadlı zabit ingilis komandanlığında Denikinin nümayəndəsi polkovnik Lazarevin yanında işləyir, Azərbaycan Ordusunun sayı və mövqeləri barədə məlumatlar toplayır. O, çoxlu erməni zabitinin də onlarla birlikdə işlədiyini bildirir. Denikinçilər Bakıda təbliğat aparmaq, təxribatlar törətmək üçün bütün vasitələrdən istifadə edirdilər...”

 Xatırladaq ki, Mirfəttah Musəvi 1891-ci ildə Şuşa şəhərində doğulmuşdur. İbtidai təhsilini Ağdamda alaraq, Aşqabada qohumlarının yanına köçmüşdü. Mirfəttah burada gimnaziya təhsili almaqla yanaşı, siyasi fəaliyyətə qoşulmuş, müsəlman gənclərinin dərnəyini təşkil etmişdi. 1917-ci ildə Şuşaya qayıdaraq ictimai-siyasi fəaliyyətini davam etdirən M. Musəvi 1918-ci ildə Bakıya gəlir, “Hümmət” təşkilatına daxil olur. O, AXC Parlamentində “Hümmət” fraksiyasının üzvü kimi tez-tez alovlu nitqlər söyləyirdi.

Hamıya gün kimi aydın olan bu faktları bilən İsa Qəmbər və Əli Kərimli mənim dayımın adından nə üçün qorxurdular? Bilmirəm.

 

Elmira HÜSEYNOVA,
iqtisad elmləri doktoru, professor

29 Noyabr 2019 11:20 - CƏMİYYƏT
CƏMİYYƏT
15 Sentyabr 2020 | 00:02
Yeni dövrün yeni dərs ili

Köhnə versiyamızdan xəbərləri izlə