Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Milli Azərbaycan Tarixi Muzeyinə yeni materiallar daxil olub

Milli Azərbaycan Tarixi Muzeyinə yeni materiallar daxil olub

Milli Azərbaycan Tarixi Muzeyinin sənədli mənbələr fonduna Akademik Milli Dram Teatrının görkəmli aktyoru, Xalq artisti Məmmədəli Vəlixanlının (1899-1969) ovçuluq bileti və 9 fotoşəkili daxil olub.

Muzeydən bildiriblər ki, 1950-60-ci illərə aid həmin şəkillərdə tanınmış mədəniyyət xadiminin keçdiyi yaradıcılıq yolu, onun yaratdığı obrazlar və müxtəlif tədbirlərdə həmkarları ilə görüşləri əks olunub.

Materiallar Azərbaycan teatr tarixinin tədqiqi baxımından əhəmiyyətlidir.

 

M.MÜKƏRRƏMOĞLU,
“Xalq qəzeti”

29 Noyabr 2019 12:03 - MƏDƏNİYYƏT
MƏDƏNİYYƏT

Köhnə versiyamızdan xəbərləri izlə