• RUB: 0.0259
  • TRY: 0.2937
  • EUR: 1.9673
  • USD: 1.7000
  • Bakı + 18.6 ° C / 65%

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Qubadlı məktəbləri yeni dərs ilinə böyük ümidlərlə başladı

 Qubadlı  məktəbləri  yeni dərs ilinə böyük  ümidlərlə başladı

Qubadlı rayonunun bütün ümumtəhsil məktəblərində Bilik  Günü  və yeni dərs ilinin başlaması münasibətilə  tədbirlər  keçirilib.

Sumqayıt  şəhərində yerləşən Aşağı Mollu kənd tam orta məktəbində təşkil olunmuş tədbirdə çıxış edən  rayon  icra hakimiyyətinin  başçısı Malik İsaqov  Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin təhsilin inkişafına, müəllimlərə həmişə böyük diqqət və qayğı ilə yanaşdığını, bu işi dövlət siyasətinin mühüm bir sahəsi hesab etdiyini bildirib. Qeyd edib  ki,  bu gün də möhtərəm Prezident İlham Əliyev  ulu öndərin  əsasını  qoyduğu  müstəqil Azərbaycanın  təhsil siyasətini  uğurla davam etdirir.  Belə ki, təhsil müəssisələrində çalışan işçilərin əməkhaqlarının və tələbələrin təqaüdlərinin artırılması haqqında Prezident sərəncamları, habelə. Heydər Əliyev Fondunun “Yeniləşən Azərbaycana yeni məktəb”  layihəsi və digər bu kimi tədbirlər dövlətimizin təhsil sahəsinə göstərdiyi diqqətin bariz nümunəsidir.

Malik müəllim  rayon məktəblərinin uğurlarından bəhs edərək vurğulamışdır  ki, rayonda  32  ümumtəhsil məktəbi fəaliyyət göstərir.  Bunun 14-ü yeni tikilib, 18-i əsaslı təmir olunub. Eyni zamanda, 2017-ci ildə Qubadlı rayon Xanlıq kənd orta məktəbi üçün yeni bina istifadəyə verilib. 2018-ci il sentyabrın  5-də Qubadlı rayon təhsil şöbəsində qəbul imtahanlarında yüksək bal toplayan rayon gəncləri ilə görüş keçirilib.

Tədbirdə  bildirilib ki,  bu il rayon məktəblərini bitirən 457 məzundan 390 nəfəri ali məktəblərə sənəd verib. Onlardan 285 nəfəri tələbə olub. Ali məktəbə qəbul olan məzunlardan 48 nəfəri 500-600, 27  nəfəri isə 600-dən yuxarı bal toplayıb.

Qeyd olunub ki,  yeni dərs  ilində  rayonun  bütün məktəblərində  təhsilin  daha  keyfiyyətli təşkili üçün hər cür  şərait yaradılıb.

 

MÜKƏRRƏMOĞLU,
“Xalq qəzeti”

 

19 2018 17:21 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Ən son xəbərləri səhifəmizdən də izləyin