Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarı

№ 458      Bakı şəhəri, 27 noyabr 2019-cu il
 
“Azərbaycan Respublikasının vahid büdcə təsnifatının təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2018-ci il 11 oktyabr tarixli 440 nömrəli Qərarında dəyişiklik edilməsi haqqında
 
Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 23 noyabr tarixli 739 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında dövlət qulluğunun inkişafına dair 2019-2025-ci illər üçün Strategiya”nın 2019-2021-ci illərdə icrası üzrə Fəaliyyət Planının 8.5.4-cü yarımbəndinin icrasını təmin etmək məqsədilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:
“Azərbaycan Respublikasının ­vahid büdcə təsnifatının təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Nazirlər ­Kabinetinin 2018-ci il 11 oktyabr tarixli 
440 nömrəli Qərarında (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018, 
№ 10, maddə 2155; 2019, № 3, maddələr 528, 534, 544, 563, 566, 568, № 4, maddə 753, № 5, maddələr 935, 945, 971, № 7, maddə 1325, № 8, maddə 1475; Azərbaycan ­Respublikası Nazirlər Kabinetinin 2019-cu il 28 ­oktyabr tarixli 430 nömrəli Qərarı) ­aşağıdakı dəyişikliklər edilsin:
1. Həmin Qərarla təsdiq edilmiş “Azərbaycan Respublikasının büdcə xərclərinin iqtisadi təsnifatı”nın “222950. Əməyin mühafizəsi xərcləri” maddəsindən sonra “222960. Dövlət qulluqçularının əlavə təhsil xərcləri” maddəsi əlavə edilsin.
2. Həmin Qərarla təsdiq edilmiş “Azərbaycan Respublikasının büdcə xərclərinin iqtisadi təsnifatına əlavə” üzrə:
2.1. “222900. “Digər iş və xidmətlərin haqqının ödənilməsi” paraqrafında “222940. Əməyin mühafizəsi xərcləri” sözləri “222950. Əməyin mühafizəsi xərcləri”, “222960. Dövlət qulluqçularının əlavə təhsil xərcləri” sözləri ilə əvəz edilsin;
2.2. “222950. “Əməyin mühafizəsi xərcləri” maddəsindən sonra aşağıdakı məzmunda maddə əlavə edilsin:
“222960. “Dövlət qulluqçularının əlavə təhsil xərcləri” maddəsinə dövlət qulluqçularının əlavə təhsil xərcləri daxildir.”;
2.3. “222990 “Sair xərclər” maddəsinə “dinləyicilərin” sözündən sonra “(dövlət qulluqçuları istisna olmaqla)” sözləri əlavə edilsin.
 
 
Əli Əsədov
Azərbaycan Respublikasının Baş Naziri 
NAZİRLƏR KABİNETİNİN QƏRARLARI

Köhnə versiyamızdan xəbərləri izlə