• RUB: 0.0260
  • TRY: 0.2990
  • EUR: 1.9649
  • USD: 1.7000
  • Bakı + 15.4 ° C / 96%

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Bakı Xoreoqrafiya Akademiyasında yeni tədris ili başlayıb

Bakı Xoreoqrafiya Akademiyasında yeni tədris ili başlayıb

Bakı Xoreoqrafiya Akademiyası Təhsil Kompleksində (BXA) “Bilik Günü” və 2018-2019-cu tədris ilinin başlaması münasibətilə tədbir keçirilib. Tədbirdə Azərbaycan Respublikasının mədəniyyət naziri Əbülfəs Qarayev, Akademiyanın rektoru, əməkdar elm xadimi, professor Timuçin Əfəndiyev, professor-müəllim heyəti və digər dövlət qurumlarının nümayəndələri iştirak ediblər.

Tədbiri giriş sözü ilə açan rektor bakalavriat və magistratura pillələrinə daxil olmuş gəncləri təbrik edərək, onlara təhsil və yaradıcılıqda uğur və müvəffəqiyyət arzu etdi.

Timuçin Əfəndiyev çıxışında qeyd etdi ki, bu gün ölkə rəhbərliyinin elm, təhsil və mədəniyyət sahəsinə olan diqqət və qayğısı nəticəsində Bakı Xoreoqrafiya Akademiyası da öz fəaliyyətində yeni inkişaf mərhələsinə qədəm qoyur:” Akademiyada yüksək ixtisaslı müəllim heyəti, həmçinin xalq və əməkdar artistləri, elmlər doktorları, professorlar və görkəmli sənət adamları tədris prosesinə cəlb olunublar.  Akademiyada keçirilən tədris prosesi beynəlxalq standartlara uyğun şəkildə qurulub. Dünyaca məşhur onlarla əcnəbi mütəxəssislər akademiyada ustad dərsləri keçir, Azərbaycanda Bakı xoreoqrafiya Akademiyasının  təşkilatçılığı ilə ikinci dəfə Qəmər Almaszadə adına klassik və milli rəqs üzrə beynəlxalq müsabiqə keçirilib.                                                                                          

Rektor onu da vurğuladı ki, mövcud ixtisaslarla yanaşı 2018-2019-cu tədris ilindən başlayaraq  Bakı Xoreoqrafiya Akademiyasında  Xoreoqrafiya sənəti- Balet rejissorluğu , Xoreoqrafiya sənəti – Klassik rəqslər və “Dizayn” ixtisasları üzrə də kadr hazırlığı aparılacaq.

Daha sonra mədəniyyət naziri Əbülfəs Qarayev  yeni tədris ilinin başlanması ilə əlaqədar Bakı Xoreoqrafiya  Akademiyasının professor-müəllim heyətini, eləcə də bakalavr və magistr pillələrinin tələbələrini “Bilik günü” və BXA-ya daxil olmaları münasibətilə təbrik etdi.                                                                                                      

Nazir onu da bildirdi ki, hər zaman olduğu kimi bu il də akademiyanın qarşısında duran  ən vacib məsələ xoreoqrafiya sənətinin beynəlxalq səviyyəyə qaldırılması, təhsil, sənət, həmçinin maddi-texniki bazanın gücləndirliməsi mühüm əhəmiyyət kəsb edir: “Akademiya yarandığı gündən uğurlu fəaliyyətini davam etdirir. Zəngin ənənələrə malik olan təhsil ocağının məzunları hər zaman Azərbaycan mədəniyyətini, musiqisini beynəlxalq tədbirlərdə uğurla təmsil edirlər. Bu uğur və nailiyyətlərin davamlı olması üçün də akademiyanın müəllim və tələbələri müasir rəqs cərəyanlarını daha dərindən öyrənməli  və imkan olduqca xaricə   ezam edilib, digər ölkələrdə teatrlarda səhnə fəaliyyəti ilə yaxından tanış olmalıdır”.

Nazir həmçinin Akademiyanın müəllim heyətinin regionlarda ustad dərslərini mütəmadi olaraq davam etdirmələrini, eləcə də tələbələrinin ölkə daxilində keçirilən tədbir və müsabiqələrdə fəal iştirak etməli olduqlarını da vurğuladı.         

Sonda isə mədəniyyət naziri Əbülfəs Qarayev Akademiyanın bakalavr və magistrantlarına  tələbə vəsiqələrini, müvəffəqiyyət və attestasiya kitabçalarını təqdim etdi.

 

M.MÜKƏRRƏMOĞLU,
“Xalq qəzeti”

19 2018 16:59 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Ən son xəbərləri səhifəmizdən də izləyin