Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarı

Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarı
№ 457      Bakı şəhəri, 27 noyabr 2019-cu il
 
“Ətraf mühitə təsirin qiymətləndiril­məsi üzrə qiymətləndiricilərin ixtisas attestatının forması və attestatın verilməsi, qüvvədəolma müddətinin dayandırılması və ya onun ləğv edilməsi, eləcə də ətraf mühitə təsirin qiymətləndirilməsi üzrə qiymətləndiricilərin və ətraf mühitə təsirin qiymətləndirilməsi üzrə təşkilatların reyestrinin aparılması və onların fəaliyyətinə nəzarətin həyata keçirilməsi Qaydası”nın təsdiq edilməsi haqqında
 
“Ətraf mühitə təsirin qiymətləndirilməsi haqqında” Azərbaycan Respublikasının 2018-ci il 12 iyun tarixli 1175-VQ nömrəli Qanununun tətbiqi barədə” Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 13 iyul tarixli 193 nömrəli Fərmanının ­1.1.4-cü yarımbəndinin icrasını təmin etmək məqsədilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:
1. “Ətraf mühitə təsirin qiymətləndirilməsi üzrə qiymətləndiri-cilərin ixtisas attestatının forması və attestatın verilməsi, qüvvədəolma müddətinin dayandırılması və ya onun ləğv edilməsi, eləcə də ətraf mühitə təsirin qiymətləndirilməsi üzrə qiymətləndiricilərin və ətraf mühitə təsirin qiymətləndirilməsi üzrə təşkilatların ­reyestrinin aparılması və onların fəaliyyətinə nəzarətin həyata keçirilməsi Qaydası” təsdiq edilsin (əlavə olunur).
2. Bu Qərarda dəyişikliklər Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 24 avqust tarixli 772 nömrəli Fərmanı ilə təsdiq edilmiş “İcra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının hazırlanması və qəbul edilməsi qaydası haqqında Əsasnamə”nin 2.6-1-ci bəndinə uyğun edilə bilər.
 
 
Əli Əsədov
Azərbaycan Respublikasının Baş Naziri 
 

           

 

 

 

Azərbaycan Respublikası Nazirlər

Kabinetinin 2019-cu il 27 noyabr

tarixli 457 nömrəli Qərarı ilə

təsdiq edilmişdir.

 

Ətraf mühitə təsirin qiymətləndirilməsi üzrə qiymətləndiricilərin ixtisas attestatının forması və attestatın verilməsi, qüvvədəolma müddətinin dayandırılması və ya onun ləğv edilməsi, eləcə də ətraf mühitə təsirin qiymətləndirilməsi üzrə qiymətləndiricilərin və ətraf mühitə təsirin qiymətləndirilməsi üzrə təşkilatların reyestrinin aparılması və onların fəaliyyətinə nəzarətin

həyata keçirilməsi

 

QAYDASI

 

  1.  Ümumi müddəa

 

1.1. Bu Qayda “Ətraf mühitə təsirin qiymətləndirilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 4.15-ci maddəsinə əsasən hazırlanmışdır və ətraf mühitə təsirin qiymətləndirilməsi üzrə qiymətləndiricilərin (bundan sonra - ƏMTQ üzrə qiymətləndirici) ixtisas attestatının formasını və attestatın verilməsi, qüvvədəolma müddətinin dayandırılması və ya onun ləğv edilməsi, eləcə də ƏMTQ üzrə qiymətləndiricilərin və ətraf mühitə təsirin qiymətlən-dirilməsi üzrə təşkilatların (bundan sonra - ƏMTQ üzrə təşkilat) reyestrinin aparılması və onların fəaliyyətinə nəzarətin həyata keçirilməsi qaydasını müəyyən edir.

 

2. ƏMTQ üzrə qiymətləndiriciyə dair tələblər

 

2.1. Bu Qaydaya uyğun olaraq Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyindən (bundan sonra - Nazirlik) ixtisas attestatı almış, ekologiya, təbii ehtiyatlar, ətraf mühitin mühafizəsi və iqtisadiyyat sahələrindən hər hansı biri üzrə ali təhsilə malik və ixtisası üzrə ən azı 3 (üç) il iş təcrübəsi olan şəxslər ƏMTQ üzrə qiymətləndirici kimi fəaliyyət göstərmək hüququna malikdirlər.

2.2. Ekologiya və iqtisadi sahələrdə cinayətlər törətməyə görə məhkum edilmiş şəxslər ƏMTQ üzrə qiymətləndirici kimi fəaliyyət göstərə bilməz.

2.3. ƏMTQ üzrə qiymətləndirici və ƏMTQ üzrə təşkilat ətraf mühitə təsirin qiymətləndirilməsi (bundan sonra - ƏMTQ) və strateji ekoloji qiymətləndirmə (bundan sonra - SEQ) sənədlərinin sifariş-çisinin tabeliyində ola bilməz.

 

  1.  ƏMTQ üzrə qiymətləndiriciyə ixtisas attestatının

verilməsi və ixtisas attestatının forması

 

3.1. Fiziki şəxsə ƏMTQ üzrə qiymətləndirici kimi fəaliyyət göstərməsi üçün ixtisas attestatının (bundan sonra - ixtisas attestatı) verilməsi məqsədilə onun bu Qaydanın 3.6-cı bəndində qeyd olunan sahələr üzrə biliyə malik olub-olmaması Nazirlik tərəfindən müasir texnologiyalardan istifadə edilməklə, test üsulu ilə müəyyən edilir.

3.2. ƏMTQ üzrə təşkilat ştatında olan işçiyə ƏMTQ üzrə qiymətləndirici kimi fəaliyyət göstərməsi üçün ixtisas attestatının verilməsi məqsədilə Nazirliyə yazılı və ya elektron qaydada müraciət edir və aşağıdakı sənədlər təqdim olunur:

3.2.1. ƏMTQ üzrə təşkilatın vəsatəti;

3.2.2. ƏMTQ üzrə təşkilatın ƏMTQ üzrə qiymətləndirici kimi fəaliyyət göstərmək istəyən işçisinin ərizəsi;

3.2.3. həmin işçinin şəxsiyyət vəsiqəsinin surəti;

3.2.4. ƏMTQ üzrə təşkilatla həmin işçi arasında bağlanılmış əmək müqaviləsinin təsdiq edilmiş surəti;

3.2.5. işçinin müvafiq təhsili barədə dövlət sənədinin təsdiq edilmiş surəti;

3.2.6. işçinin əmək kitabçasının təsdiq edilmiş surəti.

3.3. Təqdim edilmiş sənədlərə Nazirlik tərəfindən bu Qaydanın 3.4-cü bəndi nəzərə alınmaqla 10 (on) iş günü müddətində baxılaraq, namizədin testə buraxılması haqqında qərar qəbul edilir.

3.4. Bu Qaydanın 3.2-ci bəndində qeyd olunan sənədlər təqdim olunmadıqda və yaxud təqdim olunmuş sənədlərdə uyğunsuzluq və səhv aşkar edildikdə, Nazirlik bu barədə 3 (üç) iş günü müddətində yazılı şəkildə ərizəçini məlumatlandırır. Ərizəçi 7 (yeddi) iş günü müddətində səhv və uyğunsuzluqların aradan qaldırılmasını və çatışmayan sənədlərin təqdim olunmasını təmin etməlidir. Bu zaman bu Qaydanın 3.3-cü bəndində nəzərdə tutulmuş müddətin axımı dayandırılır.

3.5. Ərizəçi tərəfindən 7 (yeddi) iş günü müddətində səhv və uyğunsuzluqlar aradan qaldırılmadıqda, çatışmayan sənədlər təqdim edilmədikdə, namizədin testə buraxılmasından imtina olunması barədə qərar qəbul edilir və 3 (üç) iş günü müddətində sifarişli poçt rabitəsilə və ya elektron qaydada ərizəçiyə göndərilir.  

3.6. ƏMTQ üzrə qiymətləndirici aşağıdakı sahələr üzrə biliyə malik olmalıdır:

3.6.1. ətraf mühitin mühafizəsi və monitorinqi (o cümlədən, ətraf mühitin müəssisə (istehsalat) monitorinqi), təbii ehtiyatlardan səmərəli istifadə texnologiyaları barədə;

3.6.2. ƏMTQ və ya SEQ aparılması üçün “Ətraf mühitə təsirin qiymətləndirilməsi haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulan fəaliyyət növləri barədə;

3.6.3. ƏMTQ-nin və SEQ-in məqsəd və prinsipləri, tətbiq və əhatə dairəsi, aparılma xüsusiyyətləri, müvafiq hesabat sənədlərinin hazırlanması, ƏMTQ və SEQ sahəsində idarəetmə, dövlətin, planlaşdırıcı orqanın və sifarişçinin hüquq və vəzifələri barədə;

3.6.4. ƏMTQ üzrə qiymətləndiricinin fəaliyyəti üçün zəruri olan elektron məlumat sistemlərindən, o cümlədən rəsmi internet səhifəsində yerləşdirilmiş məlumatlardan istifadə edilməsi barədə.

3.7. Testin keçirilməsi zamanı namizəd aşağıdakı hərəkətlərə yol verməməlidir:

3.7.1. saxta və ya başqasına aid sənəd təqdim etmək, testə öz yerinə başqasını göndərmək və ya sərxoş vəziyyətdə gəlmək;

3.7.2. testin keçirilməsi zamanı mobil telefon və digər rabitə vasitələri, konspekt, məlumat kitabçası və digər yardımçı vasitələr gətirmək;

3.7.3. yandırıcı, partlayıcı, kəsici, deşici, atıcı və digər bu kimi əşyalarla imtahan binasına girmək, özü ilə tütün məmulatı gətirmək;

3.7.4. test başlandığı andan icazəsiz yerini dəyişmək, gəzişmək, yerindən durmaq, testin gedişinə mane olmaq;

3.7.5. test başlandığı andan 1 (bir) saat müddət bitənədək və testin son 30 dəqiqəsi ərzində testin keçirildiyi zaldan çıxmaq;

3.7.6. başqasının nəticəsinə təsir göstərmək, o cümlədən başqasının cavab vərəqinə baxmaq və ya öz cavab vərəqinə başqasının baxmasına şərait yaratmaq, sualın cavabını soruşmaq və ya bildirmək;

3.7.7. nəzarətçiyə və digər şəxslərə tapşırıqların həllində kömək üçün müraciət etmək;

3.7.8. cavab vərəqini nəzarətçiyə təhvil vermədən testin keçirildiyi zalı tərk etmək;

3.8. Namizədin bu Qaydanın 3.7-ci bəndində göstərilən hərəkətlərə yol verməsi halları Nazirlik tərəfindən aşkar edildikdə, onun testinin nəticələri ləğv edilir. Bu qərardan inzibati qaydada və ya məhkəmə qaydasında şikayət verilə bilər.

3.9. Testin müddəti 2 (iki) saatdır.

3.10. Test tapşırıqlarının aşağıdakı növləri vardır:

3.10.1. qapalı tipli, yəni verilən cavab variantlarından 1 (bir) doğru cavabın müəyyənləşdirilərək qeyd edilməsi tələb edilən;

3.10.2. açıq tipli, yəni cavab variantları verilməyən, doğru cavabın müəyyənləşdirilərək yazı ilə ifadə olunması tələb edilən.

3.11. Test zamanı, 30 (otuz) qapalı tipli və 10 (on) açıq tipli olmaqla, 40 (qırx) test tapşırığı təqdim edilir.

3.12. Test tapşırıqları 100 ballıq şkala üzrə qiymətləndirilir. Qapalı tipli test tapşırıqlarından 20-si 1 balla, 10-u 2 balla, açıq tipli test tapşırıqlarından 8-i 5 balla, 2-si 10 balla qiymətləndirilir.

3.13. Testdən 60 bal toplamış namizəd müvəffəqiyyətlə keçmiş hesab olunur.

3.14. Testin nəticələri həmin gün elan edilir və testdə iştirak etmiş namizədə onun müraciəti əsasında testin nəticəsi barədə arayış verilir.

3.15. Testin nəticəsindən narazı qalan namizəd bu barədə nəticənin elan olunduğu vaxtdan 5 (beş) iş günü müddətində Nazirliyə şikayət vermək hüququna malikdir.

3.16. Şikayətə aidiyyəti mütəxəssislərlə birlikdə namizədin iştirakı ilə baxılır və ona Nazirlik tərəfindən əsaslandırılmış cavab verilir. Namizədin nəticələrinin düzgün hesablanmadığı aşkar edildikdə, yenidən hesablanma aparılır və namizədin nəticələri yenilənir.

3.17. Testdən uğurla keçmiş namizədlərə testin nəticələrinin elan olunduğu gündən 5 (beş) iş günü müddətində bu Qaydaya 1 nömrəli əlavədə göstərilən formada ixtisas attestatı verilir.

3.18. İxtisas attestatında aşağıdakı məlumatlar göstərilir:

3.18.1. Nazirliyin tam adı;

3.18.2. ixtisas attestatının nömrəsi;

3.18.3. ƏMTQ üzrə qiymətləndiricinin soyadı, adı, atasının adı və ünvanı;

3.18.4. ƏMTQ üzrə təşkilatın adı, təşkilati-hüquqi forması və ƏMTQ fəaliyyətinin həyata keçirildiyi ünvan;

3.18.5. ixtisas attestatının verilməsi və qüvvədəolma tarixi;

3.18.6. ƏMTQ və ya SEQ sənədi verilən fəaliyyət növü.

3.19. İxtisas attestatının əsli bir nüsxədən ibarət olaraq qiymətləndiriciyə verilir, ixtisas attestatının verilməsini təsdiq edən sənədlər isə Nazirlikdə saxlanılır. İxtisas attestatı yararsız hala düşərsə və ya itirilərsə, ƏMTQ üzrə qiymətləndiriciyə ixtisas attestatının dublikatı verilir.

3.20. ƏMTQ üzrə qiymətləndirici ixtisas attestatına bu Qaydanın 5.2.4-cü yarımbəndinə uyğun olaraq qeyd olunan fəaliyyət növündən başqa fəaliyyət növü də əlavə etmək istədikdə, ƏMTQ üzrə təşkilat və qiymətləndirici tərəfindən bu Qaydanın 3.2-ci bəndinə uyğun yeni ixtisas attestatını almaq üçün müraciət edilir.

 

4. İxtisas attestatının qüvvəsinin dayandırılması və ya onun ləğv edilməsi

 

4.1. ƏMTQ üzrə qiymətləndirici öz fəaliyyətini həyata keçirərkən “Ətraf mühitə təsirin qiymətləndirilməsi haqqında” və “Ətraf mühitin mühafizəsi haqqında” Azərbaycan Respublikası qanunlarının, həmin sahədə yaranan münasibətləri tənzimləyən digər normativ hüquqi aktların və bu Qaydanın tələblərinə riayət etməlidir.

4.2. İxtisas attestatının qüvvəsi aşağıdakı hallarda Nazirliyin qərarı ilə  dayandırılır:

4.2.1. ƏMTQ üzrə qiymətləndirici tərəfindən ixtisas attestatının qüvvəsinin dayandırılması barədə ərizə təqdim edildikdə;

4.2.2. ƏMTQ üzrə qiymətləndiricinin hazırladığı ƏMTQ və ya SEQ sənədinə (hesabatına) bir təqvim ili ərzində 2 (iki) dəfə dövlət ekoloji ekspertizası zamanı mənfi rəy verildiyi təqdirdə, 1 (bir) il müddətində.

4.3. İxtisas attestatının qüvvəsinin dayandırılmasına dair qərarda dayandırılmaya əsas verən hallar və ixtisas attestatının qüvvəsinin dayandırıldığı müddət göstərilməlidir.

4.4. Nazirlik ixtisas attestatının qüvvəsinin dayandırılmasına dair qərar barədə 1 (bir) iş günü müddətində barəsində qərar çıxarılmış ƏMTQ üzrə qiymətləndiricini və ƏMTQ üzrə təşkilatı elektron qaydada və ya sifarişli poçt göndərişi vasitəsilə qərarın sürətini əlavə etməklə məlumatlandırır.

4.5. Bu Qaydanın 4.2.1-ci yarımbəndində göstərilən halda ƏMTQ üzrə qiymətləndirici ixtisas attestatının qüvvəsinin bərpası üçün ərizə ilə Nazirliyə müraciət edir.

4.6. Bu Qaydanın 4.2.2-ci yarımbəndində göstərilən halda ƏMTQ üzrə qiymətləndiricinin ixtisas attestatının qüvvəsi 1 (bir) il müddət keçdikdən sonra həmin hallar aradan qaldırıldıqda, Nazirlik tərəfindən bərpa edilir.

4.7. İxtisas attestatı aşağıdakı hallarda ləğv edilir:

4.7.1. ƏMTQ üzrə qiymətləndirici tərəfindən ixtisas attestatının ləğv edilməsi barədə ərizə təqdim edildikdə;

4.7.2. ƏMTQ üzrə qiymətləndirici vəfat etdikdə;

4.7.3. ƏMTQ üzrə qiymətləndirici tərəfindən bu Qaydanın 4.2.2-ci yarımbəndində göstərilən hallar 1 (bir) il müddətində aradan qaldırılmadıqda;

4.7.4. şəxsin fəaliyyət qabiliyyətinin olmaması və ya itkin düşməsi barədə məhkəmənin qanuni qüvvəyə minmiş qərarı olduqda;

4.7.5. məhkəmənin ƏMTQ üzrə qiymətləndiricinin ixtisas attestatının ləğv edilməsi barədə qanuni qüvvəyə minmiş qərarı olduqda.

4.8. İxtisas attestatı bu Qaydanın 4.7.1-4.7.4-cü yarımbəndlərində göstərilən hallarda Nazirliyin qərarı ilə ləğv edilir.

4.9. Nazirlik ixtisas attestatının ləğv edilməsi barədə bu Qaydanın 4.4-cü bəndinə uyğun olaraq ƏMTQ üzrə qiymətləndiricini və ƏMTQ üzrə təşkilatı qərarın sürətini əlavə etməklə məlumatlandırır.

4.10. ƏMTQ üzrə qiymətləndirici ixtisas attestatının qüvvəsinin bu Qaydanın 4.2.2-ci yarımbəndinə uyğun olaraq dayandırılması və ya bu Qaydanın 4.7.3-cü və 4.7.4-cü yarımbəndlərinə uyğun olaraq ləğvi barədə Nazirliyin qərarından inzibati qaydada və (və ya) məhkəməyə şikayət edə bilər.

 

5. ƏMTQ üzrə qiymətləndiricilərin və təşkilatların reyestrinin aparılması

 

5.1. ƏMTQ üzrə qiymətləndiricilərin və təşkilatların reyestri (bundan sonra - reyestr) Nazirlik tərəfindən elektron qaydada bu Qaydaya 2 nömrəli əlavədə göstərilən formada aparılır və mütəmadi olaraq yenilənir.

5.2. Reyestrə aşağıdakı məlumatlar daxil edilir:

5.2.1. ƏMTQ üzrə təşkilatın adı, təşkilati-hüquqi forması və ƏMTQ fəaliyyətinin həyata keçirildiyi ünvan;

5.2.2. ƏMTQ üzrə qiymətləndiricinin soyadı, adı, atasının adı və ünvanı;

5.2.3. ixtisas attestatının nömrəsi, verilməsi və qüvvədəolma tarixi;

5.2.4. ixtisas attestatının əhatə etdiyi “Ətraf mühitə təsirin qiymətləndirilməsi haqqında” Azərbaycan Respublikası Qanununun Əlavəsində göstərilən ƏMTQ və ya SEQ sənədi verilən fəaliyyət növü;

5.2.5. ixtisas attestatının qüvvədəolma müddətinin dayan-dırılması və ya onun ləğv edilməsi barədə məlumat;

5.2.6. əlaqə vasitələri (telefon, faks nömrələri, elektron poçt ünvanı);

5.2.7. ƏMTQ üzrə qiymətləndiricinin reyestrdən çıxarılması tarixi və səbəbləri;

5.2.8. ƏMTQ üzrə qiymətləndiricinin fəaliyyətində aşkar edilmiş nöqsanlar barədə məlumat.

5.4. ƏMTQ üzrə qiymətləndiricilərin və ƏMTQ üzrə təşkilatların fəaliyyəti dayandırıldıqda və ya fəaliyyətlərinə xitam verildikdə, onlar reyestrdə ayrıca bölmədə qeyd olunurlar.

5.5. Fəaliyyəti dayandırılmış ƏMTQ üzrə təşkilatın və qiymətləndiricinin fəaliyyəti bərpa edildikdə, onlar barəsində müvafiq məlumatlar yenidən reyestrə daxil edilir.

5.6. ƏMTQ üzrə qiymətləndiricilərin və ƏMTQ üzrə təşkilatların reyestrinə daxil edilən bu Qaydanın 5.2.1-5.2.5-ci yarımbəndlərində göstərilən məlumatlar Nazirliyin rəsmi internet səhifəsində yerləşdirilir.

 

6. ƏMTQ üzrə qiymətləndiricilərin və təşkilatların fəaliyyətinə

nəzarətin həyata keçirilməsi

 

6.1. ƏMTQ üzrə qiymətləndiricilərin və ƏMTQ üzrə təşkilatların fəaliyyətinə nəzarət “Ətraf mühitə təsirin qiymətləndirilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 17.1-ci maddəsinə uyğun olaraq, ətraf mühitə təsirin qiymətləndirilməsi və strateji ekoloji qiymətləndirmə sahəsində nəzarətin həyata keçirilməsi qaydası çərçivəsində həyata keçirilir.

 

 

 

___________________

 

 

 

 

“Ətraf mühitə təsirin qiymətləndirilməsi üzrə qiymətləndiricilərin ixtisas attestatının forması və attestatın verilməsi, qüvvədəolma müddətinin dayandırılması və ya onun ləğv edilməsi, eləcə də ətraf mühitə təsirin qiymətləndirilməsi üzrə qiymətləndiricilərin və ətraf mühitə təsirin qiymətləndirilməsi üzrə təşkilatların reyestrinin aparılması və onların fəaliyyətinə nəzarətin həyata keçirilməsi Qaydası”na

 

                    1 nömrəli  əlavə

 

 

Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi

 

Ətraf mühitə təsirin qiymətləndirilməsi üzrə qiymətləndiricinin

 

___________ №-li

 

İXTİSAS  ATTESTATI

 

___________________________________________________________

(ƏMTQ üzrə qiymətləndiricinin soyadı, adı, atasının adı və ünvanı)

 

ƏMTQ üzrə təşkilatın adı

___________________________________________________________

(təşkilati-hüquqi forması və ƏMTQ fəaliyyətinin həyata keçirildiyi ünvan)

___________________________________________________________

 

ƏMTQ və SEQ sənədi verilən fəaliyyət növü________________________

 

İxtisas attestatının verilməsi tarixi  _______________________________

 

Qüvvədəolma tarixi: müddətsiz

 

 

 

   Azərbaycan Respublikasının

Ekologiya və Təbii Sərvətlər naziri

                                                                    İmza ____________________

                                                                                       

                                                                 M.Y.

 

“Ətraf mühitə təsirin qiymətləndirilməsi üzrə    qiymətləndiricilərin ixtisas attestatının forması və attestatın verilməsi, qüvvədəolma müddətinin dayandırılması və ya onun ləğv edilməsi, eləcə də ətraf mühitə təsirin qiymətləndirilməsi üzrə qiymətləndiricilərin və ətraf mühitə təsirin qiymətləndirilməsi üzrə təşkilatların reyestrinin aparılması və onların fəaliyyətinə nəzarətin həyata keçirilməsi  Qaydası”na

 

                                      2 nömrəli əlavə

 

ƏMTQ üzrə qiymətləndiricilərin və ƏMTQ üzrə təşkilatların reyestrinin

 

FORMASI

 

Sıra

№-si

Təşkilatın adı, təşkilati-hüquqi forması və

ƏMTQ fəaliyyətinin həyata keçirildiyi ünvan

ƏMTQ üzrə qiymətləndiricinin soyadı, adı, atasının adı və ünvanı

İxtisas attestatının nömrəsi,       verilməsi və qüvvədəolma tarixi

İxtisas attestatının əhatə etdiyi “Ətraf mühitə təsirin qiymətləndirilməsi haqqında” Azərbaycan Respublikası Qanununun Əlavəsində göstərilən ƏMTQ

və ya SEQ sənədi verilən fəaliyyət növü

İxtisas attestatının qüvvədəolma müddətinin  

 dayandırılması və ya onun ləğv edilməsi barədə məlumat

Əlaqə vasitələri (telefon, faks nömrələri, elektron

poçt ünvanı)

ƏMTQ üzrə 

 qiymətləndiri­cinin reyestrdən çıxarılması

tarixi və   səbəbləri

ƏMTQ üzrə     

  qiymətləndiricinin 

 fəaliyyətində aşkar edilmiş nöqsanlar haqqında

məlumat

1

2

3

4

5

6

7

8

9

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

NAZİRLƏR KABİNETİNİN QƏRARLARI

Köhnə versiyamızdan xəbərləri izlə