Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Ruhanidən Azərbaycanla bağlı mühüm mesaj

Ruhanidən Azərbaycanla bağlı mühüm mesaj

İranla Azərbaycan Respublikasının ikitərəfli iqtisadi əlaqələrinin inkişafı üçün lazımi infrastrukturun inşası davam etdirilir.

Oxu.Az İran KİV-ə istinadən xəbər verir ki, bunu ölkə Prezidenti Həsən Ruhani Şərqi Azərbaycan vilayətinə səfəri zamanı deyib.

O bildirib ki, vilayətin qonşu ölkələrlə əlaqə qurması üçün üstünlükləri mövcuddur.  İran Avrasiya İqtisadi İttifaqı ilə ticarət sazişi imzalayıb və bu, ixracı daha da inkişaf etdirəcək.

İran Prezidentinin fikrincə, ölkəsinin Azərbaycanla da əlaqələri inkişaf edəcək. O, bununla bağlı danışıqlar aparıldığını deyib.

H.Ruhani Araz çayının çirkləndirilməsi məsələsinə də toxunub. Onun sözlərinə görə, İran tərəfi Ermənistan rəsmiləri ilə görüşlərdə bu məsələni qaldırıb və gələcəkdə ciddi şəkildə diqqətdə saxlayacaq. “Bizim bununla bağlı Ermənistanla razılaşmamız var”, - deyə H.Ruhani əlavə edib.

 

 “Xalq qəzeti”

28 Noyabr 2019 14:26 - İQTİSADİYYAT
İQTİSADİYYAT
16 Dekabr 2019 | 16:04
Neftdən nə xəbər?!

Köhnə versiyamızdan xəbərləri izlə