Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

“Liverpul”la “Napoli”dən heç-heçə, “Barselona”dan inamlı qələbə

Bu gün Çempionlar Liqasında qrup mərhələsinin V turuna yekun vurulub. Sport24.az xəbər verir ki, ikinci gündə daha 4 qrupda 8 oyun baş tutub.

Bu dəfə E, F, G və H qruplarında yer alan komandalar meydana çıxıb.

Maraqlıdır ki, bu gün qruplardakı liderlər üz-üzə gəlib. Belə ki, E qrupunda “Liverpul” öz meydanında “Napoli”ni sınağa çəkib. Bu qarşılaşma heç-heçə ilə yekunlaşıb. F qrupunun birincisi “Barselona” isə ən yaxın izləyicisi “Borussiya”nı qəbul edib və inamlı qələbəyə sevinib.

H qrupunda isə “Valensiya” ilə “Çelsi” arasında matça maraq böyük idi. Dörd qolun qeydə alındığı bu görüşdə qalib müəyyənləşməyib.

E qrupu

“Liverpul” (İngiltərə) – “Napoli” (İtaliya) 1:1
Qol: Lovren, 65 – Mertens, 21.

“Genk” (Belçika) - “Zalsburq” (Avstriya) 1:4
Qol: Samata, 85 – Daka, 43. Minamino, 45. Çan, 69. Haaland 87.

F qrupu

“Barselona” (İspaniya) - “Borussiya” (Dortmund, Almaniya) 3:1
Qol: L.Suares, 29. Messi, 33. Qrizmann, 67 – Sanço, 77.

“Slaviya” (Çexiya) – “İnter” (İtaliya) 1:3
Qol: Souçek, 37-pen – Martines, 19; 88. Lukaku, 81.

G qrupu

“Zenit” (Rusiya) - “Lion” (Fransa) 2:0
Qol: Dzyuba, 42. Ozdoyev, 84.

“Leypsiq” (Almaniya) – “Benfika” (Portuqaliya) 2:2
Qol: Forsberq, 89-pen; 90+6 – Pitsi, 20. Vinisius, 59.

H qrupu

“Valensiya” (İspaniya) - “Çelsi” (İngiltərə) 2:2
Qol: Soler, 40. Vass, 82 – Kovaçiç, 41. Pulişiç, 50.

“Lill” (Fransa) – “Ayaks” (Hollandiya) 0:2
Qol: Ziyex, 2. Promes, 59.

 

Salman MUSAOĞLU,
“Xalq qəzeti”

28 Noyabr 2019 12:18 - İDMAN
İDMAN
25 Yanvar 2021 | 23:58
Noyerdən yeni rekord

Köhnə versiyamızdan xəbərləri izlə