Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Kimlərə zəncəfil qəti olmaz? – Saçları tökə bilər

İndi hər kəs zəncəfildən istifadə edib, sağlamlığının qeydinə qaldığını düşünür. Amma çox faydalı olduğu deyilən zəncəfilin də bir çox insanlara zərəri var.

Medicina.az saytı zəncəfilin əks göstəriş olduğu xəstəliklər haqda məlumat verir.

-Çox arıq, çəkisi az, anoreksiyadan əziyyət çəkənlərə: Zəncəfil kök, piylənmədən və diabetdən əziyyət çəkənlər üçün arıqladıcı kimi yaxşıdır. Amma çəkisi normadan az olan insanlarda zəncəfil kökü əzələləri zəiflədir, menstrual tsikli pozur, saçları tökür, vitaminsizliyi artırır. 

-Hamiləlikdə: Zəncəfildə əzələni yığan maddə var. Bu da uşaqlıq üçün zərərlidir. Hamiləlik  zamanı düşük və vaxtından əvvəl doğumaya səbəb ola bilər. Xüsusən, hamiləliyin  7-ci ayından sonra zəncəfilli istənilən qidadan imtina etmək lazımdır. 

-Qan xəstəliklərində: Hemofiliya, dializ, leykoz, talassemiya, anemiya zamanı zəncəfil qəbul etmək olmaz. Qanda laxtalanma problemi varsa, zəncəfil daxili qanaxmanı artıra bilər. 

-Bu xəstəliklərdə dərman qəbulu zamanı: Yüksək təzyiq və diabet xəstələrinin qəbul etdiyi insulin, aspirin, təzyiq dərmanları ilə birgə zəncəfil qəbulu onların effektivliyini azaldır, müxtəlif əks təsirlər yaradır. Aspirin qəbul edənlər zəncəfil istifadə etməməlidir, yoxsa qanın durulaşması artar.

 

Z.BƏŞİRQIZI,
“Xalq qəzeti” 

 

28 Noyabr 2019 12:17 - SƏHİYYƏ
SƏHİYYƏ

Köhnə versiyamızdan xəbərləri izlə