Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Albaniyada zəlzələ nəticəsində ölənlərin sayı artıb

Albaniyada zəlzələ nəticəsində ölənlərin sayı artıb

Albaniyada noyabrın 26-sı baş verən zəlzələ nəticəsində ölənlərin sayı artıb.

"TASS"ın məlumata görə, ölənlərin sayı 35 nəfərə çatıb, indiyə qədər dağıntılar altından təxminən 45 nəfəri xilas etmək mümkün olub. Axtarış-xilasetmə işləri davam etdirilir.

Xatırladaq ki, daha əvvəl 27 nəfərin öldüyü, 650 nəfərin isə xəsarət aldığı bildirilirdi.

Qeyd edək ki, Albaniyada noyabrın 26-da 6,4 bal gücündə zəlzələ baş verib. Ocağı 10 kilometr dərinlikdə olan yeraltə təkanlar həmçinin Şimali Makedoniya, Serbiya, Monteneqro, Bosniya və Herseqovina, Yunanıstan, Xorvatiya və İtaliyada da hiss olunub.

Albaniya hökuməti noyabrın 27-də ümummilli matəm günü elan edib.

28 Noyabr 2019 11:09 - XARİCİ XƏBƏRLƏR
XARİCİ XƏBƏRLƏR
30 Noyabr 2019 | 12:17
Nikbin göstərici
30 Noyabr 2019 | 12:15
79 nəfər saxlanılıb
17 Oktyabr 2019 | 17:36
Filippində zəlzələ
16 Oktyabr 2019 | 17:24
Braziliyada faciə
16 Oktyabr 2019 | 17:20
Kaliforniyada yanğın

Köhnə versiyamızdan xəbərləri izlə