Ən son xəbərlər

Son buraxılış
Arxiv

Azər Türk Bank “Neftçilərə 18%!” kampaniyasına start verdi

Azər Türk Bank “Neftçilərə 18%!” kampaniyasına start verdi

Müştərilərinə həmişə ən əlverişli şərtlərlə kreditlər təklif edən dövlət bankı Azər Türk Bank, ölkəmizdə qeyd edilən “Neftçilər günü” münasibətilə, 17 sentyabr tarixindən etibarən “Neftçilərə 18%” adlı yeni kampaniyaya başlayıb.

Kampaniya çərçivəsində aylıq məvacibi minimum 500 AZN olan ölkə vətəndaşları Azər Türk Bankdan 300 manatdan 25 min manatadək “İstehlak” kreditləri əldə edə bilərlər. 12, 24 və 36 ay müddətinə rəsmiləşdirilən bu kreditlərin illik faiz dərəcəsinə endirimlər tətbiq edilir. Kampaniya ərzində 12 ay müddətinə götürülən kreditlər üzrə faizlər, adi halda olduğu kimi illik 19% deyil, 18%-lə hesablanacaq.

Kampaniya müddətində 10 min manatadək olan kreditlər zaminsiz veriləcək.

Neft sektorunda çalışan şəxslərə 1 illik MC Gold kartı Bank tərəfindən hədiyyə edilir.

Kampaniya sentyabr ayının 30-dək davam edəcək.

Daha ətraflı məlumatı www.azerturkbank.az saytından, bankın sosial şəbəkələrdəki rəsmi korporativ səhifələrindən, WhatsApp (055) 7770 945, yaxud (012) 945 nömrəli Məlumat Mərkəzindən əldə edə bilərsiniz.

                                       

Əlipənah BAYRAMOV,
“Xalq qəzeti”

19 2018 16:32 - XƏBƏRLƏR
XƏBƏRLƏR
11 Dekabr 2018 | 12:57
Vaqonlar dezinfeksiya olunur
11 Dekabr 2018 | 12:54
Mövsümün meyvəsi...

Ən son xəbərləri səhifəmizdən də izləyin