• RUB: 0.0257
  • TRY: 0.2890
  • EUR: 1.9635
  • USD: 1.7000
  • Bakı + 17 ° C / 77

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Şəkidə fermer və sahibkarlarla görüş keçiriləcək

Şəkidə fermer və sahibkarlarla görüş keçiriləcək

“Aqrolizinq” Açıq Səhmdar Cəmiyyəti regionlarda maarifləndirmə işlərini davam etdirir. Bununla əlaqədar “Aqrolizinq”in rəhbər işçiləri sentyabrın 22-də Şəki şəhərində fermer və sahibkarlarla görüş keçirəcəklər.

Görüş saat 11.00-da Şəki şəhər Mirzə Fətəli Axundzadə adına Mədəniyyət Mərkəzində baş tutacaq. Görüşdə Şəki, Balakən, Zaqatala, Qax, Oğuz və Qəbələ rayonlarından fermer və sahibkarların iştirakı nəzərdə tutulur. “Aqrolizinq” ASC rəhbərliyi ilə görüşdə iştirak etmək istəyən şəxslər Şəki Dövlət Aqrar İnkişaf Mərkəzinə (+94450 735-35-77) müraciət edə bilərlər.  

Qeyd edək ki, bundan əvvəl “Regionlarda maarifləndirmə və sorğu” layihəsi çərçivəsində Yevlax, Masallı, Salyan rayonlarında bölgə sakinləri ilə görüşlər təşkil olunub. Görüşlərdə əsas məqsəd “Aqrolizinq” ASC tərəfindən göstərilən xidmətlər və lizinq qaydalarına dair vətəndaşların maarifləndirilməsi, həmçinin mövcud problemlərin dinlənilməsi və onların həll edilməsidir.

                                    

Əlipənah BAYRAMOV,
“Xalq qəzeti”

19 2018 16:26 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Ən son xəbərləri səhifəmizdən də izləyin