Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Gəncə: şəhərin rəhbəri istehsal müəssisələrində olub

Gəncə: şəhərin rəhbəri istehsal müəssisələrində olub

Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov "SEMPA” və “SemSan” zovodlarına baş çəkib, istehsal edilən məhsullarla tanış olub.

Şəhər rəhbərinə məlumat verilib ki, “SEMPA” QSС latun və polipropilen fitinqlərin istehsalı, plastik boru və fittinqlərin satışı üzrə ixtisaslaşan bir şirkətdir. 2005-ci ildən fəaliyyət göstərən şirkətin məqsədi Şərq xammalını Qərb texnologiyası ilə birləşdirərək dünya standartlarına uyğun yüksək keyfiyyətli plastik məhsullar istehsal etmək,  yerli bazarın tələbatını ödəməklə xarici bazara "Made in Azerbaijan" brendi altında məhsul ixrac etməkdir.

Niyazi Bayramov “SEMPA” brendi ilə satışa çıxarılan polipropilen borular, müxtəlif növ və dərəcəli dirsəklər, xamutlar,  dirəklər, mufta və sair məhsulların istehsal prosesi ilə tanış olub.

“SemSan” zavodu isə alüminium külçələr, latun çubuqlar, qurğuşun külçələr, sink konsentrat, santexnika məmulatları, alüminium şinlər və digər məhsul istehsalı üzrə ixtisaslaşıb.

Şəhər rəhbərinin diqqətinə çatdırılıb ki, istehsal edilən məhsulların keyfiyyəti zavodda yaradılan və regionda ilk olan polimer-sınaq laboratoriyasında yoxlanılır. Hazırda zavodun gündəlik istehsal gücü 20, aylıq istehsal gücü  isə 500 tondur. Burada 100 nəfər işçi çalışır.

İstehsal sahəsi və istehsal edilən məhsullarla tanış olan Niyazi Bayramov işçilərlə görüşüb, onların iş şəraiti ilə tanış olub. Şəhər rəhbəri müasir tipli istehsalat sahələrnin yaradılması və istehsal olunan məhsul çeşidlərinin artırılması istiqamətində öz məsləhət və tövsiyələrini vermişdir.

 

Hamlet Qasımov,
"
Xalq qəzeti"nin bölgə müxbiri

27 Noyabr 2019 16:16 -

Köhnə versiyamızdan xəbərləri izlə