• RUB: 0.0260
  • TRY: 0.2990
  • EUR: 1.9649
  • USD: 1.7000
  • Bakı + 15.4 ° C / 96%

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Fizika İnstitutu Misirin Nağda Universiteti ilə əməkdaşlıq edəcək

Fizika İnstitutu Misirin Nağda Universiteti ilə əməkdaşlıq edəcək

Misir Mədəniyyət və Təhsil Əlaqələri Mərkəzinin müdiri Əhməd Sami Elaydi AMEA-nın Fizika İnstitutunda olub. www.science.gov.az saytı yazır ki, AMEA-nın Fizika-Riyaziyyat və Texnika Elmləri Bölməsinin akademik-katibi, institutun direktoru, akademik Nazim Məmmədovla görüşdə qonağa müəssisənin tarixi, fəaliyyət istiqamətləri və əldə etdiyi nailiyyətlər barədə məlumat verilib.

Sonra Ə.Sami çıxış edərək bildirib ki, görüşdə məqsəd AMEA Fizika İnstitutu ilə Misirin Nağda Universiteti arasında əməkdaşlıq əlaqələri yaratmaqdır. O, gələcəkdə institutun alimlərinin Nağda Universitetində mühazirələrini təşkil etmək, kadr mübadiləsi və müştərək tədqiqatlar aparmaq təklifini irəli sürüb.

Akademik N.Məmmədov isə öz növbəsində əməkdaşlığın hər iki tərəf üçün əhəmiyyətli olacağını vurğulayıb. Müəssisənin innovasiya və transfer üzrə direktor müavini, fizika-riyaziyyat elmləri doktoru Ayaz Bayramov Fizika İnstitutunun hazırda da Misirin elmi müəssisələri ilə əməkdaşlıq əlaqələrinin mövcud olduğunu qeyd edib.

Sonda qonaq Fizika İnstitutunun İnnovasiya sektorunda quraşdırılan maddi-texniki baza ilə tanış olub.

 

Əlipənah BAYRAMOV,
“Xalq qəzeti”

19 2018 16:23 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Ən son xəbərləri səhifəmizdən də izləyin