Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Uşaqların vətənpərvərlik ruhunda böyüməsində ziyalıların rolu

Uşaqların vətənpərvərlik ruhunda böyüməsində ziyalıların rolu

“Regional Hüquqi və İqtisadi Maarifləndirmə” İB-nin dəstəyi ilə 287 saylı "Zəkalar" liseyində “Uşaqların vətənpərvərlik ruhunda böyüməsində aydınların rolu” adlı tədbir keçirilib.Tədbirdə çıxış edən liseyin direktoru Aygün Əhmədli, “Regional Hüquqi və İqtisadi Maarifləndirmə” İB-nin sədri Arzu Bağırova, Milli Məclisin deputatı Qənirə Paşayeva çıxışlarında uşaqlarımızın, gənclərimizin vətənpərvərlik ruhunda tərbiyə edilməsinin önəmindən danışıblar və şagirdlərə əhəmiyyətli məsləhətlər veriblər.

Milli Məclisin deputatı Q.Paşayeva  şagirdlərin maraqlı proqram əsasında tərtib olunmuş çıxışlarına görə uşaqları, bu işdə onlara dəstək olan müəllimləri və tədbirin təşkilatçıları olan 287 nömrəli  "Zəkalar" liseyinin rəhbərliyi və kollektivini, “Regional Hüquqi və İqtisadi Maarifləndirmə” İB-ni təbrik edib. Qənirə Paşayeva bir orta məktəbdə belə bir maraqlı proqramın gerçəkləşdirilməsindən məmnunluğunu ifadə edib. Gəncləri oxumağa, öyrənməyə, savadlı olmağa, fundamental fənlərlə yanaşı, tariximizi dərindən öyrənməyə, vətənpərvər olmağa, zərərli vərdişlərdən uzaq olmağa çağırıb. Xanım deputat orta məktəbin ən əsas vəzifəsinin vətəndaş yetişdirmək olduğunu deyərək, şagirdlərin bütün əldə etdiklərinin onların geniş dünyagörüşünə yiyələnmələri, başqa ölkələrdən olan həmyaşıdları ilə qarşılaşdıqda, gələcəkdə önəmli mövqelərə çıxdıqda hazırlıqlı olmağa hesablandığını xüsusi vurğulayıb.   

Bu deyilənləri şüurlu və peşəkar vətəndaşlıq təliminin orta məktəbdən formalaşan addımları kimi xarakterizə edən ​ Q. Paşayeva özünəməxsus nəticələri olan 287 saylı "Zəkalar" liseyinin gələcəkdə daha böyük uğurlara imza atacağına inamını ifadə edib. ​ Q. Paşayeva məktəbdə tariximizin ​ öyrənilməsi istiqamətində həyata keçirilən işlərin önəmini xüsusi vurğulayıb.

Tədbirin sonunda təhsildə fərqlənən şagirdlərin hər birinə “Regional Hüquqi və İqtisadi Maarifləndirmə” İB-nin kitablar və məktəbli üçün gərəkli bir sıra hədiyyələr təqdim olunub. Kitabın ən dəyərli hədiyyə olduğu vurğulanıb və şagirdlərdə mütaliə bacarığının formalaşdırılmasında mütaliənin rolu xüsusi qeyd edilərək uşaqlara tariximizə aid hədiyyə edilmiş kitabları dərindən oxumaq çağırışı edilib.

Sonda  Q.Paşayeva və Arzu Bağırova müəllimlərlə də geniş söhbət ediblər. Liseyin direktoru Aygün Əhmədli deputat Qənirə Paşayevaya liseyin fəaliyyəti, bu gün ölkəmizin qabaqcıl təhsil ocaqlarından biri olması,  təhsil ocağının daha da inkişafı istiqamətində görülən tədbirlər və şagirdlərin əldə etdiyi uğurlar barədə geniş məlumatlar verib.

 

Z.BƏŞİRQIZI,
“Xalq qəzeti”

27 Noyabr 2019 12:05 - TƏHSİL
TƏHSİL

Köhnə versiyamızdan xəbərləri izlə