Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Qalina Niyazova: Regionlararası forum Moskva və Bakının maraqlarının təşviq olunması üçün yeni imkanlar açacaq

Qalina Niyazova: Regionlararası forum Moskva və Bakının maraqlarının təşviq olunması üçün yeni imkanlar açacaq

Rusiyalı ekspert Qalina Niyazova bildirib ki, Moskvada növbəti Rusiya--Azərbaycan regionlararası forumun keçirilməsi ölkələrimiz arasında əməkdaşlığın yüksək səviyyəsini göstərən əlamətdar hadisədir.

Ekspert qeyd edib ki, ölkələr arasında etimadın və qarşılıqlı səmərəli əməkdaşlığın yüksək səviyyəsinin təsdiqi regionlararası əlaqələr formatında inkişafdır: “Ona görə də düşünməyə bütün əsaslar var ki, indiki Rusiya--Azərbaycan regionlararası forumu Moskva və Bakının maraqlarının təşviq olunması üçün yeni perspektivlər və imkanlar açacaq. Rusiya ilə Azərbaycan arasında əməkdaşlığın inkişafı Xəzəryanı, Qafqaz regionları üçün səmərəlidir, çünki bu, təkcə iqtisadiyyatın möhkəmlənməsinə xidmət etmir, həm də terrorçuluğun yayılmasının qarşısını alır. Dövlət başçılarının sarsılmaz tərəfdaşlıq və terrorla mübarizəyə ümumi yanaşma barədə birgə bəyanatları bu vacib məsələdə maraqların və yanaşmanın vahidliyini təsdiq edir. Azərbaycan--Rusiya münasibətləri hər zaman dostluq və mehriban qonşuluq xarakteri daşıyıb və bu fakt əhəmiyyətli dərəcədə Azərbaycanın düşünülmüş xarici siyasəti və Rusiya və Azərbaycan prezidentləri arasında böyük etimadla bağlıdır”.

Ekspert qeyd edib ki, Rusiya və Azərbaycan tarixi əlaqələrə malikdir, ona görə də müttəfiqlik münasibətlərin və etibarlı tərəfdaşlığın möhkəmləndirilməsi qarşılıqlı dostluq və etimad üzərində qurulmuş ikitərəfli dialoqu daha da gücləndirəcək: “Ölkələrimiz arasında tarixi əlaqə regionda baş verən bütün hadisələrdə iz qoyur. Xüsusilə, son onillikdə müşahidə etdiyimiz hərbi və siyasi sahələrdə qarşılıqlı səmərəli tərəfdaşlıq ölkələrimizi daha da yaxınlaşdırır. Fikrimcə, prezidentlər İlham Əliyev və Vladimir Putinin uzaqgörən və düşünülmüş siyasətləri sayəsində Azərbaycan--Rusiya münasibətləri bundan sonra da bütün sahələrdə dinamik inkişaf edəcək”.

 

“Xalq qəzeti”

27 Noyabr 2019 11:36 - SİYASƏT
SİYASƏT

Köhnə versiyamızdan xəbərləri izlə