Ən son xəbərlər
"BP-Azerbaijan" şirkətinin əlaqələr, xarici işlər və strategiya üzrə vitse-prezidenti Bəxtiyar Aslanbəyli bildirib ki, cari ilin sonunadək Xəzərin Azərbaycan sektorunda yerləşən "Azəri-Çıraq-Günəşli" (AÇG) yataqlar blokunda ümumi neft hasilatının 500 milyon tona çatacağı gözlənilir.
Bəxtiyar Aslan bəyli qeyd edib ki, bu ilin gözlənilən əlamətdar hadisələrindən biri də ilin sonuna doğru AÇG-dən 500 milyon ton neftin hasilatıdır: "Təbii ki, bu hasilat tempinə bağlıdır. İlin sonu və ya gələn ilin əvvəlində ola bilər".
B.Aslanbəyli, bildirib ki, AÇG üzrə 2020-ci il üçün büdcə və iş planı artıq təsdiqlənib.
“Xalq qəzeti”
Köhnə versiyamızdan xəbərləri izlə