Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Heydər oğlu Əliyevə

Hörmətli cənab Prezident!
Bütün dünyanın nüfuzlu din və ictimai xadimlərinin toplandığı vacib və əhəmiyyətli tədbirdə iştirak etmək imkanına və bu tədbirin keçirilməsi təşəbbüsünə görə Rusiya Müsəlmanları Ruhani Məclisi adından və şəxsən öz adımdan Sizə təşəkkürümü bildirirəm. 
Əminəm ki, Dünya dini liderlərinin 
II Bakı Sammiti qloballaşmaqda olan dünyada planetin müxtəlif regionlarında baş verən mürəkkəb etnik-konfessional proseslərin və aktual məsələlərin müzakirə edilməsi üçün unikal və səmərəli məkan oldu.
Bu cür tədbirlər müasir təhdidlərə vaxtında reaksiya verməyə, sivilizasiyalararası və dinlərarası əməkdaşlığın, millətlərarası həmrəyliyin inkişafı işinə böyük töhfə verməyə, qarşılıqlı etimad, sevgi və qardaşlıq ab-havası yaratmağa, psevdodini ekstremizmə və terrorizmə qarşı mübarizədə ümumi səylərin artırılmasına şərait yaradır. 
Sizə və bütün Azərbaycan xalqına cansağlığı, xoş günlər, sülh, əmin-amanlıq, xoşbəxtlik və firavanlıq arzulayır, bunun üçün Ulu Tanrıya dua edirik. Qoy, Ulu Tanrı Sizin xeyirxah əməllərinizi qəbul etsin və bunun əvəzini artıqlaması ilə versin. Mərhəmətli Allahdan arzu edirik ki, Sizin fəaliyyətinizə xeyir-dua versin, bütün dünyada qarşılıqlı anlaşma şəraitinin bərqərar olması və möhkəmlənməsi naminə Allaha xoş gələn hədəflərinizə çatmaq üçün Sizə daha çox qüvvə versin. 
Qadir Allah Sizdən razı olsun, Sizə və yaxınlarınıza əmin-amanlıq və firavanlıq bəxş etsin. 
Ən xoş arzular və xeyirxah dualarla, 

 

Albir Krqanov
Rusiya Müsəlmanları Ruhani Məclisinin müftisi, Moskvanın və “Moskva Müftiliyi” Mərkəzi regionunun müftisi

27 Noyabr 2019 00:59 - MƏKTUBLAR
MƏKTUBLAR

Köhnə versiyamızdan xəbərləri izlə