Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə

Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə

Əs-səlamu-əleykum və rəhmətullahi və bərəkətuhu.
Möhtərəm Prezident!
Ölkənizin paytaxtı gözəl Bakı şəhərində keçirilən Dünya dini liderlərinin ll Sammitində bizə göstərdiyiniz hörmət və qayğıya görə Sizə dərin təşəkkürümüzü bildirməkdən şərəf duyuram.
Zati-aliləri, Dünya dini liderlərinin ll Bakı Sammitində 70-dən çox ölkədən müxtəlif dinlərin 500-ə yaxın rəhbərinin iştirak etməsi tutduğunuz doğru yolun, alimlərə və mütəfəkkirlərə verdiyiniz dəyərin əyani sübutudur.
Şübhəsiz, bu sammit Allahın köməyi ilə dinlər arasında dialoqun, insanlar arasında qarşılıqlı anlaşmanın dərinləşməsinə, mədəniyyətlərarası və dinlərarası münasibətlərin inkişafına, həmçinin İslam həmrəyliyinin gücləndirilməsinə öz töhfəsini verəcəkdir.
Zati-aliləri, Sizin iştirakınızla keçirilən bu sammit sülhün və əmin-amanlığın möhkəmləndirilməsi, nifrətin aradan qaldırılması naminə Azərbaycan Respublikasının Sizin rəhbərliyiniz dövründə oynadığı nümunəvi və aparıcı rol haqqında parlaq təsəvvürü dünyaya çatdıracaqdır.
Hər yerdə elmə və alimlərə verdiyiniz yüksək dəyərə görə Sizə təşəkkürümü və heyranlığımı bildirmək istəyirəm. Mədəniyyətlərarası və dinlərarası əməkdaşlığın inkişaf etdirilməsinə görə Şeyxülislam Allahşükür Paşazadə həzrətlərini “Heydər Əliyev” ordeni ilə təltif etməyiniz bunun əyani sübutudur və mən bunu bütün din xadimlərinə və bəşəriyyəti Allah yoluna səsləyən dindarlara verilən mükafat kimi dəyərləndirirəm.
Sonda dua edirəm ki, həmişə Uca Allahın himayəsi altında olasınız və ölkəniz Sizinlə fəxr etsin.
Yüksək ehtiramla,

 

Məhəmməd əl-Mənsur bin əş-Şeyx Məhəmməd əl-Məmun İnyas 
Xalq Uğrunda Birlik Partiyasının sədri, Seneqal Prezidentinin xüsusi müşaviri, Media şəhərciyi qrupunun baş direktoru

27 Noyabr 2019 00:57 - MƏKTUBLAR
MƏKTUBLAR

Köhnə versiyamızdan xəbərləri izlə