Ən son xəbərlər

Son buraxılış
Arxiv

Akademik Asəf Hacıyev Çində elmi ezamiyyətdə olub

Akademik Asəf Hacıyev Çində elmi ezamiyyətdə olub

AMEA-nın İdarəetmə Sistemləri İnstitutunun şöbə müdiri, akademik Asəf Hacıyev  Çinin Siçuan Universitetinin dəvəti ilə bu ölkədə elmi ezamiyyətdə olub. www.science.gov.az saytı yazır ki, alim Siçuan Universitetində “Stoxastik maliyyə riyaziyyatının əsasları” mövzusunda məruzə ilə çıxış edib. A. Hacıyev üzvü olduğu Siçuan Universitetinin Birinci Beynəlxalq Məsləhətçilər Şurasının üçüncü plenar iclasında da iştirak edib.  O, iclasda Azərbaycanda müasir elmi istiqamətlər üzrə aparılan tədqiqatlar, qarşıda duran vəzifələr, eyni zamanda, son illər AMEA-da həyata keçirilən çoxşaxəli islahatlardan danışıb.

Qeyd edək ki, Siçuan Universitetinin Birinci Beynəlxalq Məsləhətçilər Şurası 2016-cı ildə yaradılıb. Şuranın tərkibinə dünyanın 40-a yaxın aparıcı elm xadimi, o cümlədən 3 Nobel mükafatçısı, tanınmış elmi mərkəzlərin alimləri daxildir. Şuranın məqsədi tədbirlər planı hazırlayıb, Çinin Siçuan Universitetini dünyanın aparıcı ali təhsil qurumlarının sırasına daxil etməkdir.

Azərbaycanlı alim səfər çərçivəsində, həmçinin Nobel mükafatı laureatı S.Chao Chung Tinglə də görüşüb. Görüşdə Azərbaycanın elmi müəssisələrində aparılan araşdırmaların yeni innovativ yolları, elm sahəsində müasir texnoloji yeniliklərin tətbiqi və digər məsələlər müzakirə edilib.                          

 

Əlipənah BAYRAMOV,
“Xalq qəzeti”

 

19 2018 16:18 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Ən son xəbərləri səhifəmizdən də izləyin