Ən son xəbərlər

Son buraxılış
Arxiv

“Folklorda məna axtarışı: metodoloji yanaşmalar, ideoloji baxışlar və sosial-mədəni stereotiplər”

“Folklorda məna axtarışı: metodoloji yanaşmalar, ideoloji baxışlar və sosial-mədəni stereotiplər”

Sentyabrın 20-də saat 11:00-da Mərkəzi Elmi Kitabxanada AMEA Rəyasət Heyətinin elmi katibi, filologiya üzrə fəlsəfə doktoru Səfa Qarayevin “Folklorda məna axtarışı: metodoloji yanaşmalar, ideoloji baxışlar və sosial-mədəni stereotiplər” mövzusunda elmi seminarı keçiriləcək.

www.science.gov.az saytının məlumatına görə, seminar Folklor İnstitutu tərəfindən təşkil olunacaq.

Tədbir son illər dünya folklorşünaslığının aktual mövzularından biri olan nəzəri məktəblər, metodoloji baxışlar və sosial proseslərdən asılı olaraq daim dəyişən  folklorda “məna konsepti”nin müxtəlif elmi aspektlərinin müzakirəsinə həsr olunacaq.

Ünvan: Bakı şəhəri, H.Cavid prospekti, 129, otaq 301

 

Əlipənah BAYRAMOV,
“Xalq qəzeti”

 

19 2018 15:50 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Ən son xəbərləri səhifəmizdən də izləyin