Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

2500 manat cərimə

2500 manat cərimə

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin “Qaynar xətt”inə Xəzər rayonu, Buzovna qəsəbəsinin Xəzər dənizi sahili zolağına çirkab suyun axıdılması ilə bağlı şikayət daxil olub. Şikayətlə bağlı Bakı Şəhər Ekologiya və Təbii Sərvətlər və Ətraf Mühit üzrə Milli Monitorinq Departamentlərinin əməkdaşları tərəfindən yerində monitorinq və araşdırma aparılıb.

Sözügedən ərazidən çirkab su axan hissədən götürülən nümunələr üzərində aparılan analizlərin nəticələrinə görə suyun tərkibində çirkləndirici maddələrin normadan artıq olduğu müəyyən edilib.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətinin məlumatına görə, faktla bağlı əraziyə cavabdeh olan Bakı Su kanal İdarəsinin rəisi Habil Quliyev barəsində akt və protokol tərtib edilib və o, İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsinə əsasən vəzifəli şəxs qismində 2500 manat məbləğində cərimə olunub.

Qəzənfər QASIMOV,
“Xalq qəzeti”

4 2018 10:22 - EKOLOGİYA
EKOLOGİYA
22 Avqust 2019 | 17:50
Ağac kəsən şəxs cəzalanıb
21 Avqust 2019 | 10:44
Volqoqradda güclü istilər
17 Avqust 2019 | 16:54
Moskvaya güclü istilər gəlir

Köhnə versiyamızdan xəbərləri izlə