Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Serbiyada görkəmli Azərbaycan rəssamı barədə məqalə dərc olunub

Serbiyada görkəmli Azərbaycan rəssamı barədə məqalə dərc olunub

Serbiyanın telegraf.rs xəbər portalında Azərbaycanın görkəmli rəssamı Səttar Bəhlulzadə barədə məqalə dərc olunub.

Dahi rəssamın rəsmləri ilə əhatə olunmuş yazıda Səttar Bəhlulzadənin həyatı, yaradıcılığı, əsərlərindəki xüsusi mənalar təhlil edilib.

Qeyd olunub ki, müxtəlif janrlarda bənzərsiz əsərlər yaradan rəssamın əsas istedadı daha çox peyzajlarda ortaya çıxıb: "Əvvəlcə o adi mənzərələr çəkirdi. Ancaq çox keçmədən hisslərini ifadə etmək üçün öz tərzini inkişaf etdirdi. Bu yeni üslub daha sürreal və kosmik idi. Əslində onun bəzi rəsmləri Yerin kosmosdan çəkilmiş fotoşəkillərinə bənzəyir. Pastel rənglərin və qeyri-adi toxunuşların birləşməsindən istifadə edərək, təbiəti daha canlı, bəzən isə daha fantastik hala gətirdi”, - deyə yazıda vurğulanır.

Məqalədə qeyd edilir ki, yaradıcılığının müxtəlif dövrlərində Səttar Bəhlulzadənin tarixi şəxsiyyətlərə, neft buruqlarına, Azərbaycanın bölgələrinin əvəzolunmaz mənzərələrinə müraciət etməsi rəssamın daim axtarışda olmasını göstərir. Yazıda rəssamı fransız postimperrisionisti Pol Qogenlə də müqayisə edirlər, lakin qeyd olunur ki, azərbaycanlı rəssam qeyri-adi yerləri kəşf etmək üçün uzaqlara müraciət etməyib. O, dahi əsərlərini elə öz vətənindən ilham alaraq yaradıb.

 

M.MÜKƏRRƏMOĞLU,
“Xalq qəzeti”

26 Noyabr 2019 15:09 - MƏDƏNİYYƏT
MƏDƏNİYYƏT

Köhnə versiyamızdan xəbərləri izlə