Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Azərbaycan Respublikasının Prezidenti zati-aliləri cənab İlham Əliyevə

Azərbaycan Respublikasının Prezidenti zati-aliləri cənab İlham Əliyevə

Hörmətli cənab Prezident!
Dünya dini liderlərinin İkinci Bakı Sammitinin gözəl təşkili və keçirilməsi münasibətilə Sizə çoxmilyonlu Rusiya müsəlmanları ümməti adından və şəxsən öz adımdan dərin ehtiramımı və təşəkkürümü bildirmək istəyirəm. 
Rusiya Federasiyası Müsəlmanları Ruhani İdarəsinin sədri və Bakı Sammitinin iştirakçısı kimi qeyd etməliyəm ki, bu əlamətdar tədbir ən yüksək dünya standartları səviyyəsində keçirildi. Dünya dini liderləri, aparıcı ekspertlər, görkəmli alimlərlə görüşmək və konfessiyalararası və sivilizasiyalararası dialoqun ümdə problemlərini müzakirə etmək üçün yaradılmış nadir imkana görə də Sizə səmimi təşəkkürümü bildirirəm. Sammitdən aldığımız ən gözəl təəssüratlar Azərbaycana xas olan misilsiz qonaqpərvərlik və xoşniyyətlilik rəylərini daha da artırdı. 
Cənab Prezident, Sizin rəhbərlik etdiyiniz bu illər ərzində ölkədə bərqərar olmuş dövlət-din əməkdaşlığının bütün xalq naminə xüsusi ab-hava yaratmasını sevinclə qeyd edirəm. Mənim İslamda din qardaşım və yaxın dostum Şeyxülislam Allahşükür Paşazadə bizim hər görüşümüzdə bunu qeyd edir və biz Sizin bütün xalqlar arasında sülh və əməkdaşlığın möhkəmlənməsinə yönəlmiş əməlisaleh işlərinizi xatırlayaraq Sizə dua edirik. 
Dünya dini liderlərinin II Bakı Sammiti Sizin Azərbaycanda tolerantlığı və multikulturalizmi inkişaf etdirmək mövqeyinizin dəyişmədiyini təsdiqlədi. Azərbaycan ümumbəşəri əhəmiyyət kəsb edən bu istiqamətlərdə inamla dünya liderinə çevrilir. 
Cənab Prezident, icazə verin, dünya miqyaslı və dünya əhəmiyyətli tədbirin təşkilinə görə, Sizə və Sizin timsalınızda qonaqpərvər, əməksevər və çox tolerant Azərbaycan xalqına bir daha təşəkkür edim. 
Sizə əmin-amanlıq, Allahın şəfqət və mərhəmətini diləyirəm. Amin. 
Hörmətlə və xoş dualarla,

 

Müfti şeyx Ravil Qaynutdin
Rusiya Federasiyası Müsəlmanları Ruhani İdarəsinin sədri, Rusiya Müftilər Şurasının sədri, Rusiya Federasiyasının Prezidenti yanında Dini Birliklərlə Qarşılıqlı Fəaliyyət Şurasının üzvü

 

26 Noyabr 2019 11:27 - MƏKTUBLAR
MƏKTUBLAR

Köhnə versiyamızdan xəbərləri izlə