Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Azərbaycan Respublikasının Prezidenti zati-aliləri cənab İlham Əliyevə

Əs-səlamu-əleykum və rəhmətullahi və bərəkətuhu.

Zati-aliləri, cənab Prezident!
Bu ilin noyabrın 14-15-də Bakıda keçirilmiş Dünya dini liderlərinin II Sammitində bizimlə birlikdə iştirakınıza görə Sizə minnətdarlığımı bildirirəm. Bu, mənim indiyədək qatıldığım ən maraqlı Sammitlərdən biri idi. İkigünlük tədbir məndə dərin təəssürat və xoş duyğular oyatdı və burada səmimi qonaqpərvərliklə qarşılandım. Bakı mənim yaddaşımda heç vaxt unudulmayacaq gözəl bir şəhər kimi qaldı.
Tədbirin dünya ölkələrində müxtəlifliyə həsr olunmuş mövzusunu da yüksək qiymətləndirirəm. Şəxsən mən inanıram ki, İndoneziya tədbir zamanı müxtəlifliyi həqiqi mənada nümayiş etdirə bildi. Bu mövzu İndoneziyada yaşayan insanların həyat şəraitini tam şəkildə əks etdirir. Müxtəliflik Allahın bəşəriyyət üçün müəyyən etdiyi bir yoldur. İnsanlara qarşı dözümlülük nümayiş  etdirmək icmalarımızın dini liderləri kimi bizim öhdəliyimizdir. Ümid edirəm ki, bu təşəbbüs sayəsində İndoneziya və Azərbaycan bir-birini tamamlaya bilərlər.     
İndoneziya Gənc Alimlərin İnkişafı Təşkilatının Mərkəzi Şurası dünyanın müxtəlif ölkələrində yaşayan müsəlman qadınlarla əməkdaşlıq etməyə ümid bəsləyir. Təşkilatımız təkcə İndoneziyada deyil, həmçinin dünyada gənc müsəlman qadınların ən böyük təşkilatıdır. Onun əsas missiyası İndoneziyada qadınların hüquqlarını qorumaqdan, aləmlərə rəhmət olaraq göndərilmiş fikri inkişaf etdirməkdən və yaymaqdan ibarətdir. 
İki ölkə arasındakı xoş və davamlı əməkdaşlığın gələcəkdə daha da möhkəmlənməsinə və güclənməsinə ümid edirəm.  
Mənə göstərdiyiniz hörmətə və qonaqpərvərliyə görə Sizə bir daha təşəkkür edirəm.
Dərin ehtiramla,

 

Anggia Erma Rini
İndoneziya Gənc Alimlərin İnkişafı Təşkilatının Mərkəzi Şurasının sədri

26 Noyabr 2019 11:25 - MƏKTUBLAR
MƏKTUBLAR

Köhnə versiyamızdan xəbərləri izlə