Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Azərbaycan Respublikasının Prezidenti zati-aliləri cənab İlham Əliyevə

Zati-aliləri!
Hörmətli Patriarxımız Mor İqnatius II Efrem Kerimi və Antakya Süryani Ortodoks Kilsəsini təmsil etmək üçün noyabrın 14-15-də Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadənin 70 illik yubileyi münasibətilə Dünya dini liderlərinin Bakıda keçirilən II Sammitində iştirak etmək məndə böyük şərəf və məmnunluq doğurub. 
Sizin müdrik rəhbərliyinizlə Azərbaycan dövlətində yurddaşlar arasında qarşılıqlı hörmət, sevgi və tolerantlıq şəraitindən çox təsirləndiyimi ifadə etmək istəyirəm. 
İnanıram ki, Şeyxülislam Allahşükür Paşazadə həzrətləri ilə birlikdə fəaliyyətiniz mənəvi, mədəni və ictimai baxımdan dünyanın bir çox ölkələri üçün gözəl nümunədir. 
Dini və etnik mənsubiyyət fərqi qoymadan plüralist bir düşüncə ilə insanlığa və ölkənizə xidmətlərinizdə Zati-alinizə Uca Allahdan güc və cansağlığı arzu edirəm. 
Dərin ehtiram və xoş dualarla, 

 

Filuksinos Saliba Özmen 
Mardin və Diyarbəkir Mitropoliti 

 

26 Noyabr 2019 11:25 - MƏKTUBLAR
MƏKTUBLAR

Köhnə versiyamızdan xəbərləri izlə