Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

“Azərbaycan Respublikasının şəhər və rayonlarında çoxmənzilli binaların lift təsərrüfatının maddi-texniki bazasının möhkəmləndirilməsi ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 5 fevral tarixli 927 nömrəli Sərəncamında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:
1. “Azərbaycan Respublikasının şəhər və rayonlarında çoxmənzilli binaların lift təsərrüfatının maddi-texniki bazasının möhkəmləndirilməsi ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin  2019-cu il  5 fevral tarixli 927 nömrəli Sərəncamına (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019, № 2, maddə 258; Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 17 oktyabr tarixli 1481 nömrəli Sərəncamı) Əlavə – “Lift təsərrüfatının maddi-texniki bazasının möhkəmləndirilməsi nəzərdə tutulmuş çoxmənzilli binaların şəhər və rayonlar üzrə bölgüsünə dair siyahı”nın “Binaların sayı, ədəd” sütununda “237” rəqəmləri “266” rəqəmləri ilə, “146” rəqəmləri “170” rəqəmləri ilə, “İstismara yararsız liftlərin sayı, ədəd” sütunlarında “751” rəqəmləri “798” rəqəmləri ilə, “542” rəqəmləri “581” rəqəmləri ilə, “620” rəqəmləri “664” rəqəmləri ilə, “413” rəqəmləri “449” rəqəmləri ilə, “131” rəqəmləri “134” rəqəmləri ilə, “129” rəqəmləri “132” rəqəmləri ilə, “Sayı, ədəd” sütunlarında “192” rəqəmləri “218” rəqəmləri ilə, “103” rəqəmləri “124” rəqəmləri ilə, “45” rəqəmləri “48” rəqəmləri ilə, “43” rəqəmləri “46” rəqəmləri ilə əvəz edilsin. 
2. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etsin.
3. Bu Sərəncam imzalandığı gündən qüvvəyə minir.

 

İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 25 noyabr 2019-cu il

26 Noyabr 2019 11:24 - SƏRƏNCAMLAR
SƏRƏNCAMLAR

Köhnə versiyamızdan xəbərləri izlə