Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Azərbaycan Turizm və Menecment Universiteti Açıq Tender Elan Edir

Tender 1 lot üzrə keçirilir.
Lot-1. 2.5 at gücündə 1 ədəd sedan tipli avtomobilin satın alınması.
Tender iştirakçıları dövlət satınalmalarının www.etender.gov.az vahid internet portalına (portal) elekton imzaları vasitəsilə daxil olaraq tender haqqında ətraflı məlumat əldə edə bilərlər. Müqaviləni yerinə yetirmək üçün tender iştirakçıları lazımi maliyyə və texniki imkanlara malik olmalıdırlar.
Tenderdə iştirak etmək istəyənlər aşağıdakı məbləğdə iştirak haqqını göstərilən hesaba köçürdükdən sonra müsabiqə üçün təkliflərini portal vasitəsilə təqdim edə bilərlər.
 İştirak haqqı 200 manatdır.
İştirakçılar iştirak haqqını aşağıdakı hesaba köçürməlidirlər:
Adı-ABB Nərimanov filialı
Kod-805540
VÖEN-9900001881
M/h-AZ03NABZ01350100000000002944
S.W.İ.F.T. İBAZAZ2X 
Adı-Azərbaycan Turizm və Menecment  Universiteti
H/h-AZ27IBAZ40090019445931153206
VÖEN- 1500817681
İştirak haqqı heç bir halda geri qaytarılmır.
İddiaçılar tenderdə iştirak üçün aşağıdakı sənədləri təqdim etməlidirlər:
-tenderdə iştirak etmək üçün yazılı müraciət;
-tenderdə iştirak haqqının ödənilməsi barədə bank sənədi;
-tender təklifi (zərflərin açıldığı tarixdən sonra ən azı 30 bank günü qüvvədə olmalıdır);
-tender təklifi dəyərinin 1 faizi həcmində bank təminatı (zərflərin açıldığı tarixdən sonra ən azı 60 bank günü qüvvədə olmalıdır);
-iddiaçının hüquqi statusunu əks etdirən sənədlərin (nizamnamə, dövlət qeydiyyatı haqqında şəhadətnamə və ya reyestrdən çıxarış, VÖEN) notariat qaydasında təsdiq edilmiş surətləri, ƏDV qeydiyyatının olub-olmamasını müəyyənləşdirməyə imkan verən sənədlərin surətləri;
-tender təklifini və satınalma müqaviləsini imzalamaq səlahiyyətinə malik olan şəxsin səlahiyyətlərini təsdiq edən sənəd (vəzifəyə təyin edilməsi barədə əmr);
-iddiaçının son bir ildəki maliyyə vəziyyəti haqqında bank arayışı;
-iddiaçının tam adı, hüquqi statusu, nizamnaməsi, qeydiyyatdan keçdiyi ölkə və rekvizitləri;
-digər sənədlər.
Sənədlər Azərbaycan dilində tərtib olunmalı (xarici dildəki tender təklifləri Azərbaycan dilinə tərcümə edilməlidir) və portala yüklənməlidir. İddiaçılar tenderlə bağlı sualları yalnız portal vasitəsilə satınalan təşkilata ünvanlaya bilərlər.
Tender proseduru “Dövlət satınalmaları haqqında” Qanuna uyğun keçiriləcəkdir.
İddiaçılar tenderdə iştirak üçün ixtisas göstəricilərinə aid sənədləri 13 dekabr 2019-cu il saat 12.00-a, tender təklifi ilə bank təminatı sənədlərini isə 23 dekabr 2019-cu il saat 10.00-a qədər portal vasitəsilə təqdim etməlidirlər. İddiaçıların tender təkliflərinin açılışı 24 dekabr 2019-cu il saat 12.00-da dövlət satınalmalarının vahid internet portalında aparılacaqdır. 
QEYD-tenderdə iştirak, tenderin qiymətləndirilməsi və digər bütün prosedurlar yalnız elektron qaydada portal vasitəsilə aparılır.
Elektron satınalmanın hər bir iştirakçısı onların təkliflərinin açılışını və qiymətləndirilməsini elektron portal vasitəsilə izləyə bilər.

 

Tender komissiyası

26 Noyabr 2019 10:29 - REKLAM VƏ ELAN
REKLAM VƏ ELAN
5 İyun 2020 | 00:07
Elan
5 İyun 2020 | 00:03
B i l d i r i ş
4 İyun 2020 | 01:59
B İ L D İ R İ Ş

Köhnə versiyamızdan xəbərləri izlə