Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Fikrət Əmirova həsr olunan tədbir

Fikrət Əmirova həsr olunan tədbir

Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinin filialı olan Niyazinin Mənzil Muzeyində Bakı Musiqi Akademiyası ilə birgə görkəmli Azərbaycan bəstəkarı Fikrət Əmirovun anadan olmasının 97-ci ildönümünə həsr olunmuş tədbir keçirilmişdir.

Tədbiri giriş sözü ilə Niyazinin Mənzil Muzeyinin müdiri, Əməkdar mədəniyyət işçisi Rza Bayramov açmışdır. Sonra muzeyin elmi işçisi Əzirə Abdullayeva Fikrət Əmirovun həyat və yaradıcılıq yolu, musiqi mədəniyyətimizin inkişafında əvəzsiz xidmətləri haqqında çıxış etmişdir.

Bədii hissədə Bakı Musiqi Akademiyasının professoru, Xalq artisti Ülviyyə Hacıbəyovanın və akademiyanın tələbələrinin ifalarında konsert proqramı təqdim olunmuş, Fikrət Əmirovun əsərlərindən Maestro Niyazinin dirijorluğu ilə "Azərbaycan kapriççiousu" və "Şur" simfonik - muğamının videoyazısı nümayiş olunmuşdur.

Bütün çıxışlar muzeyin arxiv materialları əsasında hazırlanmış slayd-şou ilə müşayiət olunmuşdur.

 

M.MÜKƏRRƏMOĞLU,
“Xalq qəzeti”

25 Noyabr 2019 14:41 - MƏDƏNİYYƏT
MƏDƏNİYYƏT

Köhnə versiyamızdan xəbərləri izlə