Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Azərbaycan Respublikasının Prezidenti zati-aliləri cənab İlham Əliyevə

Əs-səlamu-əleykum və rəhmətullahi və bərəkətuhu. 
Möhtərəm Prezident. 
Mən və məni müşayiət edən nümayəndə heyəti Dünya dini liderlərinin II Bakı Sammitində iştirak etməyimizdən məmnunuq. İcazə verin, bu gözəl Sammitə hamilik etdiyinizə, açılış mərasimində iştirak və çıxış etdiyinizə görə Zati-alinizə təşəkkürümü, rəğbətimi və ehtiramımı ifadə edim.  
Bu Sammit Azərbaycanda keçirilən ən mühüm tədbirlər sırasındadır. Din xadimlərinə göstərdiyiniz qayğı və diqqətə, Şeyxülislam Allahşükür Paşazadə həzrətlərinə bəxş etdiyiniz yüksək sevincə görə təşəkkür və minnətdarlığa layiqsiniz. 
Yüksək ehtiramımı qəbul etməyinizi xahiş edirəm.
Hörmətlə, 

 

Əl-Seyyid Əli bin Əl-SEYYİD Əbdurrəhman Al Haşim
Birləşmiş Ərəb Əmirlikləri Prezidentinin Məhkəmə və Dini məsələlər üzrə müşaviri, 
Əl-Əzhər Əl-ŞƏRİF 
İslam Araşdırmaları Mərkəzinin üzvü

24 Noyabr 2019 11:20 - MƏKTUBLAR
MƏKTUBLAR

Köhnə versiyamızdan xəbərləri izlə