Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

“Azərbaycan Qida Təhlükəsizliyi İnstitutu” Publik Hüquqi Şəxs mebel avadanlıqlarının satın alınması məqsədilə AÇIQ TENDER ELAN EDİR

Tender 1 lot üzrə keçirilir.
Tender iştirakçılarına təklif edilir ki, dövlət satınalmalarının vahid internet portalına elektron imzaları vasitəsilə daxil olsunlar və tender haqqında ətraflı məlumatı əldə etsinlər. Müqaviləni yerinə yetirmək üçün tender iştirakçıları lazımi maliyyə və texniki imkanlara malik olmalıdırlar. Tender təkliflərinin qiymətləndirilməsində aşağıdakı meyarlara üstünlük veriləcəkdir:
- aşağı qiymət, yüksək keyfiyyət və müqavilənin vaxtında yerinə yetirilməsi. 
Tenderdə iştirak etmək istəyənlər 800 (səkkiz yüz) manat məbləğdə heç bir halda geri qaytarılmayan iştirak haqqını aşağıdakı hesaba köçürdükdən sonra Azərbaycan dilində tərtib olunmuş əsas şərtlər toplusunu dövlət satınalmalarının vahid internet portalı vasitəsilə əldə edə və müsabiqə üçün təkliflərini təqdim edə bilərlər.
Təşkilat–“Azərbaycan Qida Təhlükəsizliyi İnstitutu” Publik Hüquqi Şəxs 
VÖEN- 1005379691
“Kapital Bank” ASC-nin Mərkəz filialı
VÖEN- 9900003611
H/h- AZ71AIIB38090019440419396102
M/h- AZ37NABZ01350100000000001944
Kod- 200026
SWIFTBIK. AIIBAZ2X
İddiaçılar tenderdə iştirak üçün aşağıdakı sənədləri (rəsmi blanklarda və möhürlə təsdiq olunmuş qaydada) təqdim etməlidirlər:
- tenderdə iştirak haqqının ödənilməsi barədə bank sənədi;
- tender təklifi (zərflərin açıldığı tarixdən sonra ən azı 30 bank günü qüvvədə olmalıdır);
- tender təklifi dəyərinin 1 faizi həcmində bank təminatı (zərflərin açıldığı tarixdən sonra ən azı 60 bank günü qüvvədə olmalıdır);
- Azərbaycan Respublikasında vergilərə və digər icbari ödənişlərə aid yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərin olmaması haqqında müvafiq vergi orqanından arayış; 
- iddiaçının son bir ildəki fəaliyyəti haqqında vergi orqanları tərəfindən təsdiq olunmuş maliyyə hesabatının surəti;
- iddiaçının son bir ildəki maliyyə vəziyyəti haqqında bank arayışı;
- iddiaçının tam adı, hüquqi statusu, nizamnaməsi, qeydiyyatdan keçdiyi ölkə və rekvizitləri;
- müvafiq mallar üzrə mənşə və uyğunluq sertifikatları;
- sənədlər təqdim olunan tarixə DSMF-yə verilmiş hesabatın surəti və DSMF-yə borcunun olub-olmaması barədə arayış; 
- məhkəmə araşdırmalarına cəlb olunub-olunmaması barədə məlumat; 
- son iki ildə yerinə yetirilmiş analoji işlər barədə ətraflı məlumat.
İddiaçılar ilkin sənədləri 11 dekabr 2019-cu il saat 17.00-a, tender təklifini və bank təminatını isə 20 dekabr 2019-cu il saat 17.00-а qədər portal vasitəsilə təqdim etməlidirlər. İddiaçıların təklifləri 20 dekabr ­2019-cu il saat 17.00-da açılacaqdır. 
İddiaçılar açılışın nəticələrilə ­portal vasitəsilə tanış ola bilərlər. 

 

Tender komissiyası

24 Noyabr 2019 11:04 - REKLAM VƏ ELAN
REKLAM VƏ ELAN
5 İyun 2020 | 00:07
Elan
5 İyun 2020 | 00:03
B i l d i r i ş
4 İyun 2020 | 01:59
B İ L D İ R İ Ş

Köhnə versiyamızdan xəbərləri izlə