Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Milli Məclisin komitə iclasında Ombudsmanın seçilməsi haqqında məsələ müzakirə olunub

Milli Məclisin komitə iclasında Ombudsmanın seçilməsi haqqında məsələ müzakirə olunub

Milli Məclis Sədrinin müavini, İnsan hüquqları komitəsinin sədri Bahar Muradova bildirib ki, Azərbaycan Prezidentinin imzası ilə parlamentə 3 namizəd təqdim edilib: Əliyeva Səbinə, Əliyeva Kəmalə və Abıyeva Kəmalə. Hər üç namizəd ixtisasca hüquqşünasdır, məhkəmə sistemində çalışır, siyasi baxımdan bitərəfdir.
Azərbaycanda Ombudsman təsisatının yaranma tarixindən söz açan sədr müavini ötən illər ərzində bu institutun böyük inkişaf yolu ­keçdiyini, ölkəmizdə insan hüquq və azadlıqlarının qorunması sahəsində həm qanunverici əsasda, həm də icraatda əldə olunmuş nailiyyətlərə mühüm töhfələr verdiyini vurğulayıb. Bahar Muradova beynəlxalq əlaqələrin genişlənməsində ombudsman təsisatının rolundan danışıb. Qazanılan uğurlarda Azərbaycanın ilk ombudsmanı olan Elmira Süleymanovanın xidmətlərini razılıqla qeyd edib. Milli Məclisin deputatları ilə insan hüquqları üzrə müvəkkilin əməkdaşlıq şəraitində fəaliyyət göstərdiklərini namizədlərin nəzərinə çatdırıb.
Sonra deputatlar Hikmət Məmmədov, Elman Nəsirov, Tahir Kərimli, Flora ­Qasımova, Sona Əliyeva və Naqif Həmzəyev ­Ombudsman vəzifəsinə təqdim olunmuş namizədlərə müsbət münasibətlərini bildiriblər. Azərbaycan Prezidentinin etimadına layiq görülmüş namizədlərin ombudsman seçilməsi məsələsi Milli Məclisin plenar iclasında müzakirəyə tövsiyə olunub.

AZƏRTAC

23 Noyabr 2019 15:31 -

Köhnə versiyamızdan xəbərləri izlə