Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Azərbaycan Respublikası Təhsil Nazirliyinin 10 saylı Ərazi Maliyyə Hesablaşma Mərkəzi

2020-ci ilə yanacaq üçün odunun satın alınması məqsədilə

AÇIQ TENDER ELAN EDİR

 

ender 1 (bir) lot üzrə keçiriləcəkdir.
Lot- 1. 2020-ci  ilə  yanacaq üçün odunun satın alınması.
Tender iştirakçılarına təklif olunur ki, öz tender təkliflərini dövlət satınalmalarının vahid internet portalı vasitəsilə elektron formada təqdim etsinlər. Tender təkliflərinin qiymətləndirilməsində aşağıdakı meyarlara üstünlük veriləcəkdir: 
-aşağı qiymət, yüksək keyfiyyət, müqavilənin vaxtında yerinə yetirilməsi, podratçının aidiyyəti xidmətlər üzrə ixtisas göstəricilərinin uyğunluğu.
Müqavilənin  yerinə yetirilmə müddəti 31 dekabr 2020-ci ilə kimidir.
Tenderlə əlaqədar məlumat almaq üçün elek­tron qaydada əlaqələndirici şəxsə müraciət etmək olar. Əlaqələndirici şəxs- Natiq Allahverdiyev 
Ünvan- Tərtər şəhəri, H.Əliyev prospekti 24.
Maraqlananlar tenderin əsas şərtlər toplusunu (əsas şərtlər toplusu Azərbaycan dilində hazırlanmışdır) tenderdə iştirak  üçün elektron müraciət etdikdən və aşağıda qeyd olunan hesaba 50 (əlli) manat məbləğdə vəsaiti ödədikdən sonra dövlət satınalmalarının vahid internet portalı vasitəsilə elektron qaydada ala bilərlər. Ödənilmiş iştirak haqqı heç bir halda geri qaytarılmır.
Bank rekvizitləri-
• H/h- AZ63AİİB32051019444500201145
• VÖEN-7200062591
• Bank- “Kapital Bank “ASC-nin Tərtər filialı
• VÖEN- 9900003611
• Kod- 200457
• M/h- AZ37NABZ01350100000000001944
• S.W.İ.F.T: CTREAZ 22
Malgöndərənlər (podratçılar) iddiaçı statusu almaq və tenderdə iştirak  üçün aşağıdakı sənədləri təsdiq olunmuş qaydada elektron formada təqdim etməlidirlər:
-iştirak haqqının ödənilməsini təsdiq edən bank sənədi;
-tender təklifi (tender təklifləri zərflərin açıldığı gündən sonra ən azı 30 (otuz) bank günü qüvvədə olmalıdır);
-tender təklifinin birinci əlavəsi kimi tender təklifinin ümumi qiymətinin 1 (bir) faizi məbləğində tender təklifinin təminatı - bank zəmanəti (təminatın qüvvədə olma müddəti tender təklifinin qüvvədə olma müddətindən ən azı 30 (otuz) bank günü çox olmalıdır);
-malgöndərən (podratçı) haqqında tələb olunan sənədlər. Bu sənədlərə aşağıdakılar daxildir:
-malgöndərənin (podratçının) tam adı, hüquqi statusu, qeydiyyatdan keçdiyi ölkə və rekvizitləri;
-malgöndərənin (podratçının) son bir ildəki (əgər daha az müddət fəaliyyət göstərirsə  bütün fəaliyyəti dövründəki) maliyyə vəziyyəti barədə bank sənədi;
-malgöndərənin (podratçının) ixtisas göstəricilərinə aid məlumat (bu məlumatlar tenderin əsas şərtlər toplusunda tələb edilən sənədlərdə və formalarda təqdim olunmalıdır).
- Azərbaycan Respublikasında vergilərə və digər icbari ödənişlərə aid yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərin olmaması haqqında müvafiq vergi orqanlarından arayışlar;
-Vergilər Nazirliyi tərəfindən həmin iddiaçıların işçilərinin sayı, əmlakları, avadanlıqları, lazımi texniki imkanlarının olmasına  aid rəsmi arayış;
-Sosial Müdafiə Fonduna borcu olub-olmaması barədə arayış;
-iddiaçıların müvafiq mallar üzrə mənşə və uyğunluq sertifikatları.
Malgöndərənlər (podratçılar) 1 və 4-cü bəndlərdə qeyd olunan sənədləri 11 dekabr  2019-cu il saat 15.00-a kimi tender komissiyasına dövlət satınalmalarının vahid internet portalı vasitəsilə elektron təqdim etməlidirlər.
Malgöndərənlər (podratçılar) öz tender təkliflərini 19 dekabr 2019-cu il saat 15.00-a qədər elektron portal vasitəsilə təqdim etməlidirlər.
Göstərilən tarixdən gec   təqdim olunan təkliflər dövlət satınalmalarının vahid internet portalı vasitəsilə qəbul olunmayacaqdır.
Tender təklifi zərfləri  20  dekabr  ­2019-cu il saat 15.00-da  elektron portal vasitəsilə ­açılacaqdır.

Tender komissiyası

23 Noyabr 2019 14:41 - REKLAM VƏ ELAN
REKLAM VƏ ELAN
5 İyun 2020 | 00:07
Elan
5 İyun 2020 | 00:03
B i l d i r i ş
4 İyun 2020 | 01:59
B İ L D İ R İ Ş

Köhnə versiyamızdan xəbərləri izlə