Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 3 saylı Gəncə Ərazi İdarəsi

AÇIQ TENDER ELAN EDİR

 

Tender 1 lot üzrə keçirilir.

Lot -1. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Gəncə şəhəri, Zərifə Əliyeva prospekti 166 nömrəli ünvanda yerləşən “Əmlak Xidmətləri Məkanı”nın inzibati binasının tikintisi işlərinin satın alınması.
Açıq tenderdə iddiaçı qismində tikinti sahəsində müvafiq təcrübəyə malik mikro, kiçik və orta sahibkarlıq subyektləri iştirak edə bilərlər.
Tender iştirakçılarına təklif edilir ki, dövlət satın­almalarının https://www.etender.gov.az/ vahid internet portalına (portal) elektron imzaları vasitəsilə daxil olsunlar və tender haqqında ətraflı məlumatı əldə etsinlər.
Tenderdə iştirak etmək istəyənlər aşağıdakı məbləğdə iştirak haqqını göstərilən hesaba köçürdükdən sonra Azərbaycan dilində tərtib olunmuş tenderin əsas şərtlər toplusunu dövlət satınalmalarının vahid internet portalı vasitəsilə əldə edə bilərlər. 
Tenderdə iştirak haqqı 500 (beş yüz) manatdır.
Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 
3 saylı Gəncə Ərazi İdarəsi
VÖEN- 2300338141
Hh-AZ73AIIB33010019442701997127
Bank rekvizitləri
Adı-“Kapital Bank “ ASC-nin Gəncə filialı
VÖEN-9900003611
KOD- 200275
Mh-AZ37NABZ01350100000000001944
SWIFT- AIIBAZ2X
İddiaçılar tərəfindən ödənilmiş iştirak haqqı heç bir halda geri qaytarılmır.
İddiaçılar tenderdə iştirak üçün aşağıdakı sənədləri dövlət satınalmalarının vahid internet portalı vasitəsilə elektron qaydada təqdim etməlidirlər: 
-tenderdə iştirak etmək üçün yazılı müraciət;
-tenderdə iştirak haqqının ödənilməsi barədə bank sənədi;
-vergilərə və digər icbari ödənişlərə aid yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərin olmaması haqqında müvafiq vergi orqanından arayış;
-iddiaçının son bir ildəki fəaliyyəti haqqında vergi orqanları tərəfindən təsdiq olunmuş maliyyə hesabatının surəti (bir ildən az müddətdə fəaliyyət göstərirsə həmin dövrü əhatə edən maliyyə hesabatının surəti);
-iddiaçının son bir ildəki maliyyə vəziyyəti haqqında bank arayışı (bir ildən az müddətdə fəaliyyət göstərirsə həmin dövrü əhatə edən bank arayışı);
-iddiaçının ilkin qeydiyyat sənədlərinin müvafiq qaydada təsdiq edilmiş surətləri (iddiaçının tam adı, hüquqi statusu, nizamnaməsinin qeydiyyatdan keçdiyi ölkə və əsas fəaliyyət yeri göstərilməklə), ünvan və bank rekvizitləri;
-tender təklifini və satınalma müqaviləsini imzalamaq səlahiyyətinə malik olan şəxsin səlahiyyətlərini təsdiq edən sənəd (vəzifəyə təyin edilməsi barədə əmrin təsdiq olunmuş surəti və ya müvafiq səlahiyyətin verilməsi barədə etibarnamə);
-iddiaçının analoji işlər üzrə iş təcrübəsini təsdiq edən sənədlər;
-müvafiq sahədə ixtisaslı işçi heyətinin mövcudluğunu təsdiq edən sənədlər;
-tələb olunan malların ölkə üzrə satılması ilə bağlı müvafiq səlahiyyətlərə və yerli servis mərkəzinə malik olduğunu təsdiq edən sənədlər;
-müqavilə üzrə işlərin icrasına cəlb ediləcək subpodratçılar barədə məlumat;
-tenderin əsas şərtlər toplusunda göstərilən bütün digər sənədlər;
-tender təklifi, təkliflərin açıldığı tarixdən sonra ən azı 30 bank günü qüvvədə olmalıdır;
-tender təklifi dəyərinin 1 faizi həcmində bank təminatı. Təkliflərin açıldığı tarixdən sonra ən azı 60 bank günü qüvvədə olmalıdır.
İddiaçılar konsorsium yaratmaqla tenderdə iştirak etmək istəyirlərsə, konsorsium barədə müqavilə, eləcə də konsorsium iştirakçısı olan bütün şirkətlər barədə yuxarıda göstərilən zəruri sənədləri (məlumatları) təqdim etməlidirlər.
Tender predmeti üzrə mallar (işlər və xidmətlər) satınalma müqaviləsi imzalandığı tarixdən etibarən 6 (altı) ay müddətində təhvil verilməlidir.
Satınalma müqaviləsinin bağlanılması barədə qərar qiymətləndirmə nəticəsində ən sərfəli sayılan təklif əsas götürülməklə iddiaçılar tərəfindən təqdim olunan qiymət və digər meyarlar əsasında qəbul ediləcəkdir.
İddiaçılar tenderdə iştirak üçün yuxarıda göstərilən sənədləri (tender təklifi və tender təklifinin bank təminatı istisna olmaqla) 11 dekabr 2019-cu il saat 12.00-dək, tender təklifini və tender təklifinin bank təminatını isə 19 dekabr 2019-cu il saat 12.00-dək dövlət satınalmalarının vahid internet portalı vasitəsilə elektron qaydada təqdim etməlidirlər.
Göstərilən vaxtdan gec təqdim olunan təkliflər dövlət satınalmalarının vahid internet portalında nəzərə alınmayacaqdır.
İddiaçıların təklifləri 20 dekabr 2019-cu il saat 12.00-da açılacaqdır. Təkliflərin açılışı dövlət satın­almalarının vahid internet portalında virtual iclas formatında aparılacaqdır.
Elektron satınalmanın hər bir iştirakçısına onun təklifinin açılmasını və qiymətləndirilməsini müşahidə etmək üçün bərabər şərait yaradılır.
Tenderlə əlaqədar istənilən məlumatı əldə etmək üçün aşağıdakı şəxsə müraciət etmək olar: 
Elxan Mansur oğlu Cəfərov – tender komissiyasının üzvü, DƏDRX-nin 3 saylı Gəncə Ərazi İdarəsinin maliyyə və təsərrüfat şöbəsinin müdiri, baş mühasib (tel.(022) 2650854, faks:(022) 265 08 69, e-mail:[email protected], [email protected] emdk.gov.az

Tender komissiyası

23 Noyabr 2019 14:26 - REKLAM VƏ ELAN
REKLAM VƏ ELAN
5 İyun 2020 | 00:07
Elan
5 İyun 2020 | 00:03
B i l d i r i ş
4 İyun 2020 | 01:59
B İ L D İ R İ Ş

Köhnə versiyamızdan xəbərləri izlə