Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Maksim Oreşkin: Rusiya və Azərbaycan arasında ticarət dövriyyəsi 26 faiz artıb

Maksim Oreşkin: Rusiya və Azərbaycan arasında ticarət dövriyyəsi 26 faiz artıb

Rusiyanın İqtisadi İnkişaf naziri Maksim Oreşkin Moskvada keçirilən X Rusiya--Azərbaycan Regionlararası Forumunda bildirib ki, bu ilin 9 ayı ərzində Rusiya ilə Azərbaycan arasında ticarət dövriyyəsi 26 faiz artıb.

Maksim Oreşkin deyib: "Bu ilin 9 ayı ərzində iki ölkə arasındakı ticarət dövriyyəsi 26 faiz artaraq 1,9 milyard dollar həddini aşıb. Azərbaycana Rusiyadan idxalın həcmi 30,7 faiz artaraq 1,4 milyard dollar, bu ölkəyə ixracat isə 14,5 faiz artaraq 546,7 milyon dollar təşkil edib".

Nazir qeyd edib ki, Rusiya azərbaycanlı tərəfdaşlarla sənaye, nəqliyyat, logistika, gəmiqayırma, kənd təsərrüfatı, İT, turizm, sərmayə qoyuluşu sahələrində qarşılıqlı faydalı əməkdaşlığın inkişafında maraqlıdır. Hər iki ölkə aqrosənaye sahəsində əməkdaşlığı inkişaf etdirmək, o cümlədən məhsulların keyfiyyətinə nəzarətin və gömrük prosedurlarını təkmilləşdirmək üçün müvafiq addımlar atır.

Nazir dekabrda Bakıda, Azərbaycan-Rusiya Hökumətlərarası komissiyasının növbəti iclasının keçiriləcəyini, bir sıra mühüm sənədlərin imzalanacağını qeyd edib. M.Oreşkin hazırda həyata keçirilən bir sıra layihələrin, o cümlədən “SOCAR Polymer” zavodu, “Həyat Farm” birgə müəssisəsi, Azərbaycanda açılacaq Həştərxan işgüzar mərkəzi və Həştərxanda fəaliyyət göstərən Heydər Əliyev adına Azərbaycan Biznes Mərkəzi, Bakı-Quba-Rusiya dördzolaqlı yolu və digər layihələrin ikitərəfli münasibətlərin yüksək səviyyəsindən xəbər verdiyini vurğulayıb.

 

“Xalq qəzeti”

22 Noyabr 2019 16:18 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Köhnə versiyamızdan xəbərləri izlə