Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

“Şair kimi yox, şeir kimi ölmək istəyirəm”

“Şair kimi yox, şeir kimi ölmək istəyirəm”

Beynəlxalq Muğam Mərkəzində Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti Xalq şairi Vaqif Səmədoğluna həsr olunmuş bu adda ədəbi-bədii gecə təşkil edib.

Tədbirin rejissoru teatr sənəti fakültəsinin müəllimi Gümrah Ömərdir. Gecədə ADMİU-nun teatr sənəti və musiqi sənəti fakültələrinin tələbələri iştirak ediblər. Rejissor fraqmental kompozisiya strukturundan imtina edərək ədibin nəsr və nəzm əsərlərindən ibarət səhnələşdirmə hazırlayıb. Səhnələşdirmədə V.Səmədoğlunun “Öküz yolu” pritçasından, “Sevgilim, mən öləndə...”, “Yatmaq istəyirəm...”, “İçimə məhəbbət yazır...”, “Əlimi uzatdım...”, “Ömrün gecəsi gələndə...”, “Mühit içində...”, “Yorğunluq axşamıdır...”, “Gərək bu ayrılıq heç...”, “İndi gileydən, güzardan...”, “Bu yerlər yuxu görür...”, “Mənə sevib ayrılmağa...”, “Eşidirsənmi?..”, “Qapına qalxan pillələrin..., “Şair kimi yox, şeir kimi ölmək istəyirəm...”  və s. şeirlərindən istifadə olunub.

Tədbirdə həmçinin musiqi sənəti fakültəsinin tələbələrinin ifasında Vaqif Səmədoğlunun sözlərinə bəstələnmiş mahnılar səslənib. Qeyd edək ki, Beynəlxalq Muğam Mərkəzi və Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti  "Yeni nəsil dəvət edir" birgə layihəsi çərçivəsində bu günə kimi çoxsaylı tədbirlər təşkil edilib. Universitetlə əməkdaşlığın məqsədi mədəniyyət və incəsənət sahəsində fəaliyyət göstərən gənc nəslə dəstəkdir.

 

M.MÜKƏRRƏMOĞLU,
“Xalq qəzeti”

22 Noyabr 2019 15:24 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Köhnə versiyamızdan xəbərləri izlə