Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Cəlilabadda maarifləndirmə tədbiri keçirilib

Cəlilabadda maarifləndirmə tədbiri keçirilib

     Əmək və  Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə  Fondunun İnsan Alveri Qurbanlarına Yardım Mərkəzi Cəlilabad  rayonunda  “İnsan alverinə yox deyək!” mövzusunda maarifləndirmə tədbir​i keçirib. Tədbirdə  Cəlilabad rayon Məşğulluq Mərkəzinin, rayon Gənclər və İdman idarəsinin rəhbər və işçi kollektivi, rayon gəncləri iştirak ediblər.

    İnsan Alveri Qurbanlarına Yardım Mərkəzinin əməkdaşları mərkəz haqqında, insan alveri qurbanlarına və potensial insan alveri qurbanlarına göstərilən yardımlar barədə iştirakcıları ətraflı məlumatlandırıblar. Onlar insan alveri anlayışı, onun mahiyyəti və növləri, insanların hansı hallarda insan alveri qurbanına çevrildiyi, habelə insan alveri ilə mübarizə formaları barədə məlumatlar veriblər.

 

Z.BƏŞİRQIZI,
 “Xalq qəzeti”

22 Noyabr 2019 12:37 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Köhnə versiyamızdan xəbərləri izlə