Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Musiqişünaslığımızın varisi

Musiqişünaslığımızın varisi

Tarix boyu hər bir xalqın özünəməxsus mədəniyyəti, fikri və düşüncəsi olub. Bütün bunlar dünya elmin, mədəniyyətin və bununla da mənəviyyatın inkişafına daim öz töhfələrini verib.

          Müəllim gənc nəslin formalaşmasında böyük rol oynayır. Bütün dövrlərdə müəllimlər haqqında müdrik sözlər, kəlamlar söylənilib, müxtəlif bədii ədəbiyyat nümunələri hərs olunub. Azərbaycanın ümummilli lideri Heydər Əliyev deyirdi: "Həqiqi müəllim adını daşıyan insan həmişə tarixin ən çətin dövrlərində dəyanətli, dözümlü olubdur və mənəviyyatını hər şeydən yüksək tutubdur".

          Pedaqogika Azərbaycanda bir elm sahəsi kimi XIX  əsrin ikinci yarısında formalaşmışdır. Mütərəqqi pedaqoji fikrinin inkişafında yazıçı, şair, maarifçi, materialist filosof və ictimai xadim, Azərbaycan dramaturgiyası və Azərbaycan ədəbiyyatında ədəbi tənqidin banisi M.F.Axundzadənin xidmətləri böyükdür. Böyük mütəfəkkir ilk olaraq ərəb əlifbasının islah olunması sahəsində təşəbbüs irəli sürmüşdür. Şərqin mədəni inkişafına böyük təsir göstərən M.F.Axundzadənin bu ideyası sonradan bir çox azərbaycanlı ziyalılar tərəfindən dəstəklənmişdir.

          Azərbaycanda pedaqogikanın inkişafında S.Ə.Şirvani, M.Ə.Sabir, C.Məmmədquluzadə, S.S.Axundov, Ü.Hacıbəyli və başqaları böyük rol oynamışlar. Bu mütərəqqi milli ziyalılar arasında professional klassik musiqimizin təməlini qoymuş, dahi bəstəkar, pedaqoq, ictimai xadim, publisist Ü.Hacıbəylini  xüsusilə  vurğulamaq  lazımdır. Qeyd edək ki, XX əsrin əvvəllərində Azərbaycanın musiqi təhsili məsələləri xüsusi diqqət tələb edirdi. Dahi bəstəkar məqsədyönlü təhsil sistemi-Şərq və Qərb musiqi mədəniyyətlərinin qarşılıqlı əlaqəsi əsasında qurmaqla ölkəmizin musiqi mədəniyyətində köklü dönüş yaratmağa nail olmuşdur.  

          Azərbaycanın ümummilli lideri Heydər Əliyevin ölkəmizə rəhbərlik etdiyi dövrü musiqi sənətimizin yüksəliş dövrü hesab edilir. Çünki onun müdrikliyi, parlaq siyasi zəkası sayəsində musiqi sənətimiz yeni minilliyə inamla qədəm qoymasına vəsilə olmuşdur. Heydər Əliyev musiqi sənətimizin inkişafına töhfələr verən hər bir sənət adamına atalıq qayğısı göstərmişdir. Qürurverici haldır ki, dövlət başçımız cənab Prezident İlham Əliyev və onun xanımı Mehriban Əliyeva ulu öndərin qoyduğu ənənəni bu gün layiqincə davam etdirirlər.

          Azərbaycan müəllimləri uzun, şərəfli tarixi yol keçib. Onlar öz sələflərinin yolunu bu gün də yeni yaradıcılıq axtarışları apararaq uğurla davam etdirirlər. Məhz bu sənətin layiqli nümayəndələrindən olan, Azərbaycan elminə, mədəniyyətinə xüsusi diqqət yetirən, qayğıkeş və müdrik yanaşan ziyalılarımızdan biri də Azərbaycan Respublikasının Əməkdar incəsənət xadimi, Bəstəkarlar ittifaqının katibi, Bakı Musiqi Akademiyasının professor Zemfira Qafarovadır.    

          Xeyirxah əməlləri, nəcib insani keyfiyyətləri ilə seçilən Zemfira Həsən qızı Qafarova 22 noyabr 1942-ci ildə Bakı şəhərində ziyalı ailəsində anadan olub.

          Uşaq yaşlarından incəsənətə böyük həvəs göstərən Z.Qafarova məktəbi bitirdikdən sonra 1957-ci ildə Asəf Zeynallı adına Bakı Musiqi Texnikumunun (indiki A.Zeynallı adına Musiqi kolleci) nəzəriyyə ixtisasına yiyələnmiş 1961-ci ildə oranı müvəffəqiyyətlə bitirmişdir.  Təhsilini artırmaq məqsədilə elə həmin il möhtəşəm elm ocağı olan Üzeyir Hacıbəyov adına Azərbaycan Dövlət Konservatoriyasına  (indiki Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyası) Tarix-nəzəriyyə fakültəsinə daxil olmuş və 1966-ci ildə yüksək  ixtisaslı  musiqişünas  kimi oranı bitirmişdir. Musiqi sənəti sahəsində ilk müstəqil addımlarını atan  Z.Qafarova fəal tələbə kimi tanınmışdır.  O,  1984-cü ildə Daşkənd şəhərində “Üzeyir Hacıbəylinin “Koroğlu” operası mövzusunda dissertasiya işini müdafiə edib və sənətşünaslıq namizədi elmi ada layiq görülmüşdür.

          Z.Qafarova sənət aləminə öz gərgin zəhməti ilə pillə-pillə yüksəlib. Müəllimlik fəaliyyətinə 1966-cı ildən  Ü.Hacıbəyov adına Azərbaycan Dövlət Konservatoriyasının (indiki Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyası) “Musiqi tarixi”  kafedrasında müəllim kimi çalışmağa başlamış, daha sonra 1986-cı ildə dosent ezam olunur. Pedaqoji fəaliyyətlə əzmlə məşğul olan, öz müqəddəs peşəsinə sadiq qalan, üzərinə düşən vəzifəni hər zaman ləyaqətlə yerinə yetirən  Z.Qafarova, 2009-cu  ildən professor  vəzifəsinə yüksəlir. Ömrünü pedaqoji sahəyə həsr edən  Z.Qafarovanın elmi-pedaqoji kadrların hazırlanması sahəsindəki dəyərli fəaliyyətini xüsusi qeyd etmək zəruridir. Qəlbinin hökmü ilə əqlinin gücünü bir yerə toplayıb atdım atanlardan olan  Z.Qafarova, kiməsə əl tutmaq, darda qalanın hayına yetmək onun əsas cəhətlərindən biridir.

          Z.Qafarova 1973-cü ildən Azərbaycan Bəstəkarlar ittifaqının üzvü, 2007-ci ildən idarə heyətinin  üzvü, 2012 – ci ildən isə Bəstəkarlar ittifaqının katibidir.

           Z.Qafarova musiqi mədəniyyətimizin müxtəlif problemləri, bəstəkarlarımız və ifaçılarımız haqqında Radio və Televiziya kanallarında  dəfələrlə çıxış edib. 2013-cü  ildən  Ictimai televiziyasının  yayım şurasının üzvüdür.

Z.Qafarovanın elmi yaradıcılığındadəyərli, maraqlı məqalələri, monoqrafiya və tərtib etdiyi dərs vəsaiti xüsusi fərqlənir. Odur ki o, "Ü.Hacıbəyovun “Koroğlu” operası və onunAzərbaycan opera sənətində ənənələri", "Öz sənətinin vurğunu" (bəstəkar İbrahim Məmmədov haqqında), "Мугамв операх Узеира Гаджибекова","О песенном творчестве Тофика Кулиева","Azərbaycan xor musiqisində muğam ənənələri, "По мотивам Низами", "ÜzeyirHacıbəyovun “Koroğlu” operasının bəzi musiqi dramaturji və üslub xüsusiyyətləri","Пропагандист виолончельногоискусства – Эльдар Искендеров", "Глубокий и самобытный художник. “Тофик Бакиханов" əsas elmi məqalələrin, "Рамиз Мустафаев","Тофик Бакиханов", "Узеир Гаджибеков -"Кероглу", "Tofiq Bakıxanov", "Şəfiqə Axundova"."Hacı Xanməmmədov","Али Ахвердиев","Rauf Əliyev", "Üzeyir Hacıbəyovun “Koroğlu” operası adlı dərs vəsaitinin, "Азербайджанское музыкальное искусство". (cтатьи, oчерки, pецензии)adlı monoqrafiyaların müəllifidir.

          Deyirlər, hər insan təkrarolunmazdır və özündə bir dünyanı əks etdirir. Bu mənada o, öz müqəddəs peşəsinə sadiq qalaraq, çətinliklərə qatlaşaraq üzərinə düşən vəzifəni ləyaqətlə yerinə yetirir. Gözünün nurunu, ürəyinin sevgisini, illərinin zəhmətini şagirdlərinə verən Z.Qafarovnın xeyir-duası ilə bir çox müəllimlər dəyərli kadr kimi yetişərək xalqın mənəvi sərvəti olublar.

          Bütün bu deyilənlərin arxasında öz dövrünün və xalqının yüksək düşüncə tərzinə, böyük insani keyfiyyətlərinə malik bir sima, geniş dünyagörüşlü bir şəxsiyyət durur.

 

Nərgiz Qulamova,
Üzeyir Hacıbəyli adınaBakı Musiqi Akademiyasının dissertantı

22 Noyabr 2019 12:33 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Köhnə versiyamızdan xəbərləri izlə