Ən son xəbərlər

Son buraxılış
Arxiv

“Google” şirkətinə qarşı qadağa ləğv olunub

 “Google” şirkətinə qarşı qadağa ləğv olunub

Çin hökuməti tərəfindən qadağan edilmiş “Google” brauzeri yenidən istifadəyə veriləcək. Bu barədə “Webtekno.com” saytı xəbər verib.

 Belə ki, şirkət “Google” axtarış sisteminə bəzi məhdudiyyətlər qoyub. Təsdiq ediləcək yeni versiyada Çinin qadağan etdiyi bəzi saytlara giriş bloklanıb. Həmçinin insan hüquqları, demokratiya, din və dinc etirazçılar ilə əlaqəli sözlər və s. axtarıldıqda belə heç bir nəticə göstərilməyəcək.

Qeyd edək ki, “Google” şirkətinin idarə heyətinin rəhbəri Sundar Pichai yüksək səviyyəli Çin hökumət rəsmiləri ilə apardığı danışıqlardan sonra layihə daha da sürətlənib. Çin hökuməti təsdiq üçün 6-9 ay müddət tələb edib.

 Əfsanə ƏHƏDLİ,
“Xalq qəzeti”

4 2018 10:20 - ELM
ELM

Ən son xəbərləri səhifəmizdən də izləyin