Ən son xəbərlər
UEFA AVRO-2020-nin seçmə mərhələsində futbolçuların reytinq cədvəlini açıqlayıb. Sport24.az xəbər verir ki, Azərbaycan millisində ən yaxşı göstərici hücumçu Ramil Şeydayevə məxsusdur - 594 xal.
Qapıçı Emil Balayev (588 xal) və müdafiəçi Bəhlul Mustafazadə də (566 xal) üçlüyə düşüb. Maraqlıdır ki, bu iki futbolçu yalnız sentyabrda millidə debüt ediblər. Şeydayev isə 2016-cı ildən şərəfini qoruduğu millimizdə bu dövrdə 2 qolla Mahir Emreliylə şərikli bombardir olub.
Avropada ən yaxşı göstəriciyə malik olan isə Niderland millisinin hücumçusu Memfis Depaydır - 2607 xal.
Salman MUSAOĞLU,
“Xalq qəzeti”
Köhnə versiyamızdan xəbərləri izlə