Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

BDU-nun 2 saylı yataqxanasında baş vermiş qida zəhərlənməsi ilə əlaqədar cinayət işi başlanıb

BDU-nun 2 saylı yataqxanasında baş vermiş qida zəhərlənməsi ilə əlaqədar cinayət işi başlanıb

Bakı Şəhər Prokurorluğu noyabrın 21-də Bakı Dövlət Universitetinin (BDU) 2 saylı yataqxanasında baş vermiş qida zəhərlənməsi ilə əlaqədar məlumat yayıb. 
Şəhər prokurorluğunun AZƏRTAC-a daxil olan məlumatında bildirilir ki, BDU-nun 2 saylı yataqxanasında universitetin tələbələri - 1999-cu il təvəllüdlü Xasmətova Şəkər Faiq qızının qidadan zəhərlənərək ölməsi, 1998-ci il təvəllüdlü Quliyeva Dilrubə Qismət qızının və İbadova Həmidə Bünyamiddinovnanın zəhərlənərək Kliniki Tibbi Mərkəzə yerləşdirilməsi faktı ilə bağlı daxil olmuş məlumat əsasında dərhal polis, prokurorluq, Qida Təhlükəsizlik Agentliyinin əməkdaşlarının və məhkəmə-tibb ekspertinin iştirakı ilə hadisə yerinə baxış keçirilib, qida nümunələri götürülərək laborator müayinəsinə göndərilib.
Fakta görə Bakı Şəhər Prokurorluğunda Cinayət Məcəlləsinin 314.2-ci (səhlənkarlıq, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə və ya digər ağır nəticələrə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb.
Tələbələrin zəhərlənmə səbəblərinin və digər halların müəyyənləşdirilməsi məqsədilə müvafiq ekspertizalar təyin olunub.
Hadisə zamanı zəhərlənmə diaqnozu ilə Kliniki Tibbi Mərkəzə daxil olmuş Həmidə İbadovanın və Dilrubə Quliyevanın müalicəsi Səhiyyə Nazirliyinin rəhbərliyi tərəfindən nəzarətə götürülüb, stasionar şəraitdə müalicələri davam etdirilir.
Hazırda iş üzrə Qida Təhlükəsizlik Agentliyinin mütəxəssisləri cəlb olunmaqla təqsirkar şəxslərin dairəsinin müəyyənləşdirilməsi istiqamətində zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir.

22 Noyabr 2019 10:08 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Köhnə versiyamızdan xəbərləri izlə